Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kredit bazarında olan vəziyyət 2018-ci ildə özəl sektora nə vəd edir?


İqtisadçı ekspert: “Azərbaycanda yüksək neft gəlirləri dövründə belə kredit faizlərinin yüksək olması istehsal proseslərinin təşkilinə imkan vermirdi”


Azərbaycanda yüksək neft gəlirləri dövründə belə, kredit faizlərinin yüksək olması istehsal proseslərinin təşkilinə imkan vermirdi. Buna görə də Azərbaycanda daha çox istehlak yönümlü kredit bazarı formalaşmışdı”.

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev ölkənin kredit bazarında olan vəziyyəti PİA.AZ-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi 2015-ci ildən başlayaraq neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı Azərbaycan iqtisadiyyat gözlənilməz problemlərin altında çabalayır. 2016-cı ildə bu problemləri və böhranı daha yumuşaq fazaya gətirə bilmək üçün hökümət təcili islahatları həyata keçirmək üçün bir sıra  addımlar atıldı. Təbii ki, bu addımlar olmasaydı Azərbaycan iqtisadiyyatı irimiqyaslı böhrana məruz qala bilərdi. 2017-ci ilin iqtisadi fonu isə çox mübahisəli oldu. Böhran etiraf edilməsə də, hökumətin bütün səyləri onun aradan qaldırılmasına yönəldildi. Sərt pul-kredit siyasəti nəticəsində maliyyə bazarında müəyyən sabitliyin təmin edilməsi mümkün oldu. Doğrudur, sərt pul-kredit siyasətinin qiyməti olduqca yüksək oldu - iqtisadiyyatın kreditləşməsi, demək olar ki, 25% və ya təxminən 4 milyard manat azaldı. Amma buna baxmayaraq valyuta bazarında sabitlik yarandı. Fevral ayının sonundan dolların məzənnəsi düşməyə başladı və bu günədək 11,5% azalaraq 1.7001 AZN/USD səviyyəsinə düşdü. 

Neftin qiymətlərinin də sabitləşdi və bu iqtisadiyyata müsbət təsir etdi. 2017-ci ildən etibarən, OPEK-ə üzv ölkələrinin və kartel xaricindəki dövlətlərin səyləri nəticəsində dünya neft bazarında sabitlik bərpa olundu və qiymət artımı başlandı. Neftin qiyməti ilin sonunadək 2,4 dəfə, 27 dollardan 65 dollara qədər artdı. Hazırda neftin qiyməti 70 dollardan yüksəkdir və manatın indiki məzənəsi ilə neftin qiyməti 2013-14-cü illərdə olan səviyyədədir. Bu yüksəlişi nəzərə alarsaq, 2018-ci ilin kredit bazarında inkişaf və sabitlik müşahidə edə bilərikmi və kredit bazarında olan hazırkı vəziyyət özəl sektorun inkişafı üçün yetərli imkanlara sahibdirmi? 

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.



Azər Mehtiyev: “Əgər bank sektorunda olan problemlər aradan qalxmasa, bu prosedurlara aydınlıq gətirilməsə, kredit bazarında ciddi canlanmanın olması gözlənilmir”.


Hazırda əvvələr olduğu kimi kredit fazilərinin yüksək olduğunu qeyd edən iqtisadçı-ekspert Azər Mehtiyevin fikricə, istehsal fəaliyyəti ilə məşğul olmaq üçün yüksək faizli krediti əldə etmək heç kəsə sərf etmir. Ekspert bildirib ki, iqtisadiyyatı normal inkişaf edən ölkələrdə insanlar iqtisadi fəaliyyətə əsasən kredit hesabın həyata keçirirlər. Bunun üçün də kredit faizləri aşağı olmalıdır:

“Demək olmaz ki, Azərbaycanda kredit bazarı sıradan çıxmaq üzrədir. Çünki 2015-ci ildən sonra bank sektorunda baş verən böhran prosesləri aradan qalxmayıb. Bankların hələ əvvələr verdikləri kreditlərlə, ümumiyyətlə kreditlərin yığılması ilə bağlı problemləri yaranıb. İndi də kredit faziləri elə yüksəkdir ki, istənilən halda istehsal fəaliyyəti ilə məşğul olmaq və o krediti əldə etmək heç kəsə sərf etmir. İqtisadiyyatı normal inkişaf edən ölkələrdə insanlar iqtisadi fəaliyyətə əsasən kredit hesabın həyata keçirirlər. Bunun üçün də kredit faizləri aşağı olmalıdır. Həmçinin insanlar krediti rahat əldə edə bilməlidirlər. 

Ancaq Azərbaycanda yüksək neft gəlirləri dövründə belə, kredit faizlərinin yüksək olması istehsal proseslərinin təşkilinə imkan vermirdi. Buna görə də Azərbaycanda daha çox istehlak yönümlü kredit bazarı formalaşmışdı. İndi də son zamanlar bu və ya digər banklarda kreditlərin verilmə prosesi canlanır. Amma diqqət yetirsək yenə də, kreditlər əsasən istehlak kreditlərinə yönəlikdir. İstehsalla məşğul olmaq üçün iqtisadi inkişafa yönəlik kreditlərin verilməsi üçün kredit faizlərinin aşağı düşməsi vacib şərtdir.
 

Azər Mehtiyev: “Nə Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəmir, nə də hökümət kredit faizlərinin aşağı düşməsi üçün lazım olan mühiti təmin etmir”.


Hətta bu gün bəzi bankların kreditə verməyə öz resursları da var. Amma bu banklar resursların yerləşdirməyə normal yer tapa bilmirlər. Buna görə də Mərkəzi Bank depozit hərracları keçirməklə və yaxud onların pul vəsaitlərini özü cəlb etməklə banklara müəyyən gəlir təmin etmək istəyir. Ancaq bunun real iqtisadiyyatı dirçəltmək imkanları məhduddur. Ona görə ki, bir tərəfdən kredit faizləri yüksəkdir, bu faizlə kredit alıb iş qurmaq insanlara sərf etmir. Digər tərəfdən isə banklar kredit istəyənlərə etibar etmir. Əslində Azərbaycanda bankla iş adamı arasında qarşılıqlı inamsızlıq sindromu mövcuddur. Belə bir sistem formalaşıb. Bu vəziyyətdən çıxış üçün hökümətin atdığı addımlar hələ ki, yetərli deyil. 

Əgər bank sektorunda olan problemlər aradan qalxmasa, bu prosedurlara aydınlıq gəlməsə, kredit bazarında ciddi canlanmanın olması gözlənilmir. Belə olsa, vəziyyət 2017-ci ilin davamı kimi gedə bilər. Yəni nə Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəmir, nə də hökümət kredit faizlərinin aşağı düşməsi üçün lazım olan mühiti təmin etmir. Burada söhbət risklərin azaldılmasından gedir. Risklərin azaldılması da iqtisadiyyatda ciddi iqtisadi islahatların aparılmasını təmin edir. Bu islahlar olmadıqca bank sektorunda ciddi canlanmanı gözləmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar