Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisi 20 Yanvar günü döyuşçünü qanunsuz cərimələdi – Nazirə müraciət


Sumqayıt şəhər yol polisi əməkdaşları keçmiş döyüşçü, ehtiyyata buraxılmış baş gizir Bakir Məmmədova qarşı kobudluq və qanunsuzluq edib


Bu barədə mia.az-a məlumat verən B.Məmmədov bildirib ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol Polisinin əməkdaşları ona qarşı hazsızlıq edib: 

«Bu gün səhər saat 10,50 radələrində idarə etdiyim KİA markalı, 90 VA 414 nömrə nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən yol polisi tərəfindən saxlanıldım. Sülh Küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində dönməni qadağan edən nişanın olmadığı yerdə saxladılar. Sumqayıt şəhəri DYPŞ Yol patrul xidmətinin inspektoru polis serjantı Aslanov Şamil Aslanoğlu heç bir əsas olmadan məni cərimələdi. 327,2 maddəsinə əsasən mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni, mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə iki avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu. Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib».

B.Məmmədov onu da qeyd edib ki, Bakı şəhərində yaşasa da, hər il şəhid olan əmisi oğlunun məzarını ziyarətə gəlir. «Ailəmlə hər il 20 yanvarda Sumqayıta gəlirik. Yol polisi əməkdaşına da ümumxalq hüzn günündə cərimə yazmamağı xahiş etdim. Amma o kobud şəkildə davrandı. Əsəbi və emossional olduğum üçün hansısa qayda pozmadığımı anlamamışdım, bu səbəbdən də yol polisinin yalan danışmadığını düşünüb protokola imza atdım. Ziyarətdən sonra həmin əraziyə gəldim. Orada xidmət aparan digər yol polislərindən vəziyyətlə bağlı maraqlandım. Məlum oldu ki, heç bir qaydanı pozmamışam. Sadəcə olaraq, həmin yol polisi mənə qarşı haqsızlıq edib. Mən özüm 25 il Azərbaycan ordusunda xidmət etmişəm. Ağdam, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Hazırda nazirin əmri ilə ehtiyyata göndərilmişəm. Təəssüf edirəm ki, ümumxalq hüzn günündə şəhid adına, döyüşçü adına hörmət edilmədi. Bu da polisimizin mənəvi dəyərlərə hörmət etməməsini göstərdi. Sizin vasitənizlə cənab general polkovnik Ramil Usubova müraciət edirəm ki, mənəvi dəyərlərimizə hörmət etməyən, haqsız yerə cərimə yazan polis əməkdaşı barədə ölçü götürülməsi üçün göstəriş versin», - deyə B.Məmmədov fikrini tamamlayıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar