Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vidadi Zeynalovun xəzinə xəbərinə reaksiya


"Bəzi qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə bunu ortalığa çıxarıb ki, guya hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun xidməti otağında olan seyfdən xəzinə tapıblar. Bu cəfəngiyatdı. Belə bir şey aşkar olunmayıb"


PİA.AZ xəbər verir ki, bunu anspress-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Adəm Məmmədov bildirib. Məmmədov Zeynalovun otağından xəzinə tapılması barədə yazılanların uydurma olduğunu və bunun həqiqətə uygun olmadığını qeyd edib.

Vəkil bildirib ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Zeynalovla görüşüb. Vidadi Zeynalovun səhhəti yaxşıdır, Onun saxlanma şəraitindən şikayəti yoxdur. Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

"Vidadi Zeynalovun iş otağına Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib, əgər orada nəsə aşkar olunsaydı, bu cinayət işi materiallarına əlavə edilərdi. Belə söhbətləri bəzi qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmaq üçün məqsədli şəkildə çıxarırlar. Bu yanan məlumatdır. Belə bir hal olmayıb ".

Vəkil qeyd edib ki, müdafiə etdiyi şəxsin fikrincə, keçmiş rabitə naziri Nadir Əhmədov məqsədli şəkildə cəmiyyəti çaşdıraraq guya bu işlərin başında Vidadi Zeynalovun dayandığı fikrini formalaşdırır. "Vidadi Zeynalovla görüşümdə dedi ki, keçmiş nazir Nadir Əhmədov mətbuata verdiyi müsahibəsində məqsədli şəkildə cəmiyyəti çaşdırmaq yolunu tutub. Zeynalov bildirdi ki, yəqin Nadir Əhmədov "şəffaf" işləyib".
Səbail Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Mətbuatda barəsində həbs qətimkan tədbiri seçilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılması barədə məlumatlar yayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar