Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Varlılarımızın pulları Britaniyada batır


Funt sterlinqin dəyərdən düşməsi azərbaycanlı oliqarxların da milyonları itirməsi deməkdir; sabiq maliyyə naziri müraciət etdi: “Vəsaitlərini çıxarsınlar və öz ölkəmizə yatırsınlar”


Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi dünya oliqarxlarını qorxuya salıb. Buna səbəb dünyanın əksər ölkələrindən varlıların kapitallarını ən çox bu dövlətə yatırım etmələridir. 

Öz ölkəsindən didərgin düşən, yaxud yüksək postlarda çalışan şəxslərin böyük məbləğdəki pul vəsaitlərini qorumaq üçün ilk üz tutduqları şəhər Britaniya paytaxtıdır. Lakin krallığın Aİ-ni tərk etməsi bu etibarın üzərindən xətt çəkdi. Təsadüfi deyil ki, Britaniya xalqının Avropa Birliyini tərk etməsi ilə bağlı qərarından sonra funt sterlinqin qiyməti bir gündə 10% dəyərdən düşüb. Bu isə dövlətlə yanaşı, “çirkli pulların” sahiblərinə də ciddi ziyan vurub. 

Azərbaycandan da zaman-zaman bu ölkəyə külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə mediada xəbərlər dolaşıb. Son olaraq, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin London banklarına böyük məbləğdə maliyyə kapitalı yatırmaları barədə xəbərlər yayıldı. Bu baxımdan Britaniyanın Aİ-dən gedişinin azərbaycanlı varlılara da ciddi zərbə olacağını təxmin etmək çətin deyil. 

Azərbaycan Dövlət Neft Fondunun Daşınmaz Əmlaka ilk sərmayə qoyuluşuna Londondan başlaması da təsadüf sayılmır. 2012-ci ildə ARDNF Londonun Vest End səmtində, Seynt Ceyms-78 ünvanında yerləşən və dəyəri 177,350 mln. funt sterlinq olan ofis kompleksini alıb. Britaniyanın qapılarını AB-nin üzünə bağlaması Neft Fondunun daşınmaz əmlakına da ziyan vura bilər. Bu isə milyonlarla vəsaitin itirilməsi deməkdir. 



İqtisadçı alim, sabiq maliyyə naziri Saleh Məmmədov Britaniyanın Aİ-ni tərk etməsinin Azərbaycana təsirinin olacağını bildirdi: “Londonda dövlət və Neft Fondunun əmlakları var. Funt sterlinqin dəyərinin düşməsi qiymətlərin azalmasına səbəb olacaq. Qiymətlər düşəcəksə, burada da devalvasiya varsa, demək, bu şəxslərin əmlakları itiriləcək. Böyük Britaniya dünyada xarici borcları ən çox olan ölkədir. Xarici borclar dedikdə bəzən mətbuatda yanlış anlaşılır. Bu borclar dövlətin aldığı deyil. Orada bizdən, dünyanın bir çox ölkələrindən pul yatıranlar var. Dövlətlər də kapitallar yatırırlar. Bunların hamısı Böyük Britaniyanın xarici borcu kimi gedir. Bütün bunlar Britaniyanın ümumi vəziyyətinə ciddi təsir edəcək. Varlıların əmlaklarının qiymətdən düşməsinə səbəb olacaq. Pullar o ölkəyə daxil olur və funt sterlinqə çevrilir. İngiltərənin xarici borcu 9.6 trilyondur. Funt sterlinqin bir gündə 10% düşməsi borcun bir trilyon artmasına səbəb olur. Bunun da mənfi nəticələri qaçılmaz olacaq. Dünyanın demokratik ölkələrindən sayılan bir dövlətin belə səhvə yol verəcəyini düşünmürdüm. Bu gün qloballaşma prosesi gedir, dünyada sərhədlər açılır, belə bir şəraitdə proseslərə bu cür münasibət göstərmək pis təsir edəcək. Mövcud şərait Azərbaycan vətəndaşlarının əmlaklarının dəyərsizləşməsinə səbəb olacaq”.

İqtisadçı alim Britaniya hökuməti və xalqının ciddi qazanc əldə edə bilməyəcəyini də qeyd etdi: “Təbii ki, ayrı-ayrı alverçilər şəraitdən istifadə edib, qazanc əldə edəcəklər. Amma bunun  hökumətə və xalqa aidiyyəti olmayacaq. Corc Soros əvvəlcədən ingilisləri xəbərdar etdi ki, birliyi tərk etsələr, funt sterlinqin dəyəri 20%-dək düşə bilər, bu da dövlətə mənfi təsir göstərəcək. Elə də oldu. Unutmamalıyıq ki, Corc Soros funt sterlinqin qiymətdən düşməsindən sonra o vaxtlar milyarder olmuşdu. Bazarda qiymətlərin oynaması ayrı-ayrı kapitalistlərin varlanmalarına səbəb olacaq. Hamı üçün itki ola bilməz. Biri qazanırsa, digəri itirir. Bu, bazar qanunun tələbləridir”.

Sabiq maliyyə naziri Britaniya hökumətinin varlılar qarşısında əvvəllər olan etibarını artıq itirdiyini söylədi: “Britaniyanın reytinqi pozitivdən neqativə doğru dəyişdi. Çünki bu ölkədə külli miqdarda borc var. Hazırda hamı onu düşünür ki, oradan əmlaklarını çıxararaq, necə  xilas etsinlər. Bugünlərdə bu proseslər açıq müstəviyə keçəcək. Varlılarımıza məsləhətim odur ki, vəsaitlərini çıxarsınlar və öz ölkəmizə yatırsınlar. Öz dövlətimiz və xalqımız inkişaf etməlidir. Bunun üçün dövlət də müəyyən qərarlar qəbul etməlidir. Oradakı vəsaitlərin taleyi yaxşı görünmür. Tamamilə bata bilər. Ən yaxşısı odur ki, öz ölkəmizdə yerləşdirsinlər”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar