Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin ABŞ-ı NATO bazasını bağlamaqla qorxutmasının pərdəarxası sirləri - Bu baş verə bilər?

Elxan Şahinoğlu: “Türkiyəli rəsmilər İncirlik hərbi hava bazasın bağlayacağıq deməklə, növbəti prezident Donlad Trampa mesaj çatdırırlar”


“Trampın Obama siyasətini davam etdirməsi Türkiyəni daha çox Rusiyaya yaxınlaşdıracaq”

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu son günlərdə Türkiyə-ABŞ münasibətlərində pik nöqtəyə çatan gərginliyi PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi son günlərdə Türkiyə-ABŞ münasibətlərində gərginlik pik nöqtəyə çatıb. Türkiyə prezidentinin sözçüsü bəyan edib ki, Ankara Adana vilayətində yerləşən İncirlik hərbi hava bazasını bağlamaq səlahiyyətinə malikdir. Yəni Türkiyə ABŞNATO bazasını bağlamaqla təhdid edir. ABŞ rəsmiləri isə bildirib ki, onun İncirlikdəki pilotlu-pilotsuz təyyarələri Suriyada hava zərbələrini davam etdirirlər. Amma görünür bu zərbələrin hədəfi Erdoğanın ürəyindən keçənlər deyil. Həmçinin biliyimiz kimi Türkiyə qoşunları Suriyada əl-Bab istiqamətində hərəkət edir. Rus təyyarələri isə türk ordusuna havadan dəstək verir. Yəni faktiki olaraq NATO üzvü olan Türkiyə Suriyada öz müttəfiqlərinə qarşı Rusiya ilə ittifaq qurub. Həmçinin Ankara yanvarın 4-də verdiyi bəyanatla ABŞ-ın yeni administrasiyasından Suriya kürdlərinə dəstək verilməməsini istəyib. Türkiyənin  İncirlik hərbi hava bazasını bağlaması Tramp adminstrasiyası ilə Ankara arasında qarşıdurmaya və nəticədə Suriyada xaosun böyüməsinə yol aça bilərmi? Ümumiyyətlə Donald Tramp prezident olduqdan sonra ABŞ Suriya kürdlərinə dəstək verilməməsini dayandıra bilərmi?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluna müraciət edib.











Elxan Şahinoğlu: "Türkiyənin İncirlik hərbi hava bazasın bağlaması Rusiyada siyasi dairələrin maraqlarına cavab verir".


Politoloq qeyd edib ki, əgər Tramp Obama siyasətin davam etdirsə, Suriyada türk ordusuna yox silahlı kürdlərə dəstəyi davam etdirsə, bu zaman Türkiyə daha çox ABŞ-dan uzaqlaşacaq. Hətta mümkündür ki, gələcəkdə İncirlik hərbi hava bazasının bağlanması məsələsi daha ciddi olaraq gündəmə gətirilsin:

“Mən inanmıram ki, Türkiyə qısa müddətdə İncirlik hərbi hava bazasın bağlasın. Sadəcə olaraq bu Türkiyənin ABŞ-a verdiyi bir mesaj idi. Çünki həqiqət ondan ibarətdir ki, Türkiyə ordusu Suriyada terrorçulara qarşı savaşır. Amma ABŞ  İncirlik hərbi hava bazasından Türkiyəyə hava dəstəyi vermir. Bu da Türkiyə rəsmilərinin narazılığına səbə olur və bu narazlıqları da dilə gətirirlər. Barak Obamanın prezidentliyi dövründə ABŞ-Türkiyə münasibətlərində irəliləmə qeydə alınmadı. Əksinə münasibətlərdə geriləmə qeydə alındı. İndi də türkiyəli rəsmilər  İncirlik hərbi hava bazasın bağlayacağıq deməklə, növbəti prezident Donlad Trampa mesaj çatdırırlar. 

Yəni Türkiyə Donald Trampa demək istəyir ki, o Obamanın yanlış siyasətin davam etdirməsin. Türkiyə ilə müttəfiqliyə önəm versin və silahlı kürdlərlə yox Türkiyə ilə əməkdaşlıq etsin. Həqiqətən də NATO dövlətinə öz müttəfiqləri deyil, NATO-un rəqib saydığı Rusiya dəstək verir. Çünki Rusiya-Türkiyə münasibətləri indi istiləşmə dövrü yaşayır. Hətta Türkiyə cəmiyyətində NATO-ya üzvlükdə qalaq ya qalmayaq müzakirələri də genişlənib. Mən hesab edirəm ki, Türkiyə bir qədər gözləmə mövqeyinə keçəcək. 

Elxan Şahinoğlu: “Əgər Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edirsə, Türkiyə ilə əməkdaşlığa önəm verməlidir və silahlı kürdlərə dəstəkdən vaz keçməlidir”.


Bildiyimiz kimi 20 Yanvarda Donlad Trampın andicmə mərasimi olacaq. Tramp prezident olandan sonra  ABŞ-ın Türkiyəyə yeni siyasəti bilinəcək. Əgər Tramp Obama siyasətin davam etdirsə, Suriyada türk ordusuna yox silahlı kürdlərə dəstəyi davam etdirsə, bu zaman Türkiyə daha çox ABŞ-dan uzaqlaşacaq. Hətta mümkündür ki, gələcəkdə İncirlik hərbi hava bazasının bağlanması məsələsi daha ciddi olaraq gündəmə gətirilsin. 

Türkiyənin İncirlik hərbi hava bazasın bağlaması Rusiyada siyasi dairələrin maraqlarına cavab verir. Və Trampın Obama siyasətini davam etdirməsi Türkiyəni daha çox Rusiyaya yaxınlaşdıracaq. Buna görə qəti demək olmaz ki, Tramp Obama siyasətini davam etdirəcək ya yox. Əgər Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edirsə, Türkiyə ilə əməkdaşlığa önəm verməlidir və silahlı kürdlərə dəstəkdən vaz keçməlidir. Belə olan halda İncirlik hərbi hava bazasının bağlaması və bağlanmaması mövzusu arxa plana keçəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar