Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp administrasiyası düşmən obrazında Rusiyanı yox, Çini seçib

Ağ Ev bundan ötrü Rusiya, Yaponiya və Hindistanla sıx təmasa keçib; Moskva isə ənənəvi olaraq hər an müttəfiqini sata bilər


ABŞ-ın 45-ci prezidenti Donald Tramp dövlətin Asiya strategiyasını yenidən qurur.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, yeni strategiyada əsas öncüllük Çinin getdikcə artmaqda olan siyasi və iqtisadi nüfuzunun qarşısının alınmasına verilib.

Bunu Ağ Evin yeni rəhbərinin Çinin opponentləri hesab edilən dövlət başçıları ilə intensiv əlaqələrindən də görmək mümkündür.

Onlardan biri, Yaponiyanın baş naziri Sindzo Abe fevralda ABŞ-a rəsmi səfər edəcək.

ABŞ və Hindistan liderləri arasında telefon danışığının yekunu olaraq Hindistan baş naziri Nerandra Modinin də Vaşinqtona səfəri planlaşdırılıb.

Analitiklərin rəyinə görə, yeni administrasiyanın Çini durdurmaq siyasəti ABŞ-ın Sakit okean əməkdaşlıq müqaviləsini (TPP-red.) tərk etməsindən sonra müttəfiqlərini sakitləşdirmək məqsədilə həyata kerilir.

Vaşinqtonun yeni strategiyası Moskvanı da çıxılmaz vəziyyətə salıb. Kreml bir tərəfdən Rusiyadan mövcud situasiyada kömək gözləyən Pekinlə strateji əməkdaşlığın möhkəmləndirməli, digər tərəfdən isə Donald Tramp komandası ilə münasibətləri yenidən tənzimləməlidir.

Trampın seçkiqabağı çıxışlarında vəd etdiyi və Ağ Evə yerləşdikdən sonra həyata keçirdiyi kimi ABŞ-ı Sakit okean əməkdaşlıq müqaviləsindən çıxarmasının region dövlətlərində yaratdığı şok tədricən keçək üzrədir. 

Vaşinqton bunun yerinə özünə dost saydığı ölkələrə ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsini təklif edir. Bir çoxları könülsüz də olsa ABŞ-ın yeni oyun qaydalarını qəbul etməyə məcbur olub.

ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin ilk xarici səfərlərini Tokio və Seula  etməsi bunun örnəklərindən biridir. Qeyd olunur ki, həm Yaponiya, həm də Cənubi Koreyada ABŞ-ın böyük hərbi bazaları və çoxminli orduları yerləşib.

Yaponiya baş naziri Sindzo Abe Donald Trampla hələ keçən ilin niyabrın 17-də görüşməyə macal tapıb.

Abe özünün bu ilin yanvarın 20-də parlament qarşısında proqram nitində ABŞ-ın yeni prezidenti ilə müttəfiqlik əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Ağ Evin Sakit okean müttəfiqləri ilə münasibətlərdə yenidənqurma siyasəti onun strateji cəhətdən daha bir vacib regionda, Cənubi Asiyada davam etdirlir. Buna örnək olaraq Donald Trampın Hindistanın baş naziri Nerandra Modi ilə gerçəkləşdirdiyi telefon danışığını göstərmək olar.

Ağ Evin mətbuat xidmətindən yayılan press-relizə görə tərəflər iqtisadiyyat və müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın möhkəməndirilməsi imkanlarını, habelə Cənubi və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bundan başqa, Hindistan baş nazirinin Vaşinqtona səfəri ilə bağlı razılıq əldə olunduğu deyilir.

Danışıqlarda Çinin adı çəkilməsə də tərəflər təhlükəsizlik məsələrini müzakirə bu mövzudan yan keçməyiblər.

“Hindistan və Çin uzun müddətdir ki regional liderlik uğrunda amansız rəqabətdədir. ABŞ-ın Hindistana yaxınlaşmaqla bağlı siyasəti onun Çinə qarşı mübarizədə Asiyanın müxtəlif regionlarında dayaq nöqtələri axtarmaq niyyətlərindən xəbər verir”, -Dehlidə yerləşən  Observer Research Foundation təşkilatının vitse-prezidenti Nandan Unnikrişnan qeyd edir.
Ekspertlərin rəyinə görə, Asiya-Sakit okean istiqaməti prezident Tramp üçün xarici siyasətdə açar rolu oynayacaq. Burada ilk önəm Çin ilə münasibətlərin yenidən qurulmasına yönələcək.

Siyasi analitiklər Trampın Çinə qəzəbinin təsadüfi olmadığını bildirirlər.

Anti-Çin əhval-ruhiyyəsi təkcə ABŞ siyasətçiləri, ekspertləri və hərbçiləri arasında deyil, həm də biznes dairələrində də hökm sürməkdədir.

Çinin hərbi quruculuq proqramlarının inkişafının yüksək tempi, habelə Çin ordusunun havada, quruda, dənizdə, hətta kosmosda aktivliyini artırması, o cümlədən Pekinin hərbi xərclərinin miqdarındakı fantastik yüksəliş Vaşinqtonun siyasi-hərbi dairələrini olduqca qayğılandırır.

Trampın yeni Asiya strategiyası Moskvanı olduqca mürəkkəb duruma salır. Kreml indi iki bir-biri ilə ilə tərs gələn vəzifənin öhdəsindən gəlməlidir- Pekinlə strateji partnyorluğun gücləndirilməsi və Vaşinqtonla münasibətlərin yeni zəmin və əsaslar üzərində düzəldilməsi.
“Pekində ABŞ-in anti-Çin ritorikasının sərtləşdiməsindən sonra Ağ Evin bu yöndə atacağı konkret addımlar böyük narahatlığa səbəb olub. Bizim üçün bəsit olmayan belə bir vəziyyətdə Moskvanın köməyinə ciddi ehtiyac duyuruq”,- adını çəkilməsini istəməyən Çin diploamatı Rusiya mətbuatına bildirib.

Rusiya ekspertləri ABŞ və Çin arasında yaranacaq qarşıdurma ilə bağlı Moskvanın əlinə fürsət düşdüyünü və Putin administrasiyasının  bundan yararlana biləcəyini söyləyirlər. Onların fikrincə Kreml hər iki tərəfə loyallıq nümayiş etidrək vədi müqabilində özü üçün əlverişli güzəştlər qopara bilər.

Rusiya analitikləri Çinin də vaxtilə ABŞ-Rusiya münasibətlərinin pisləşdiyi məqamlarda Moskvanın düşüdüyü ağır vəziyyətdən necə lazımdır istifadə etdiyini vurğulayır.

Məsələn Çinə ötürülən qazın qiyməti ilə bağlı danışıqlarda Pekin Rusiyanın ziyanına işləyən bir çox sazişləri Kremlə imzalatdıra bilmişdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar