Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tokioda raket hücumuna qarşı hərbi təlimlər keçirilib


Yaponiya Silahlı Qüvvələri iyunun 21-də Tokioda Şimali Koreya tərəfindən potensial raket hücumuna qarşı hərbi təlimlər keçiriblər


NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə “Patriot PAC-3” mobil kompleksinə malik iki hava hücumundan müdafiə batareyası iştirak edib.

Təlimlər zamanı əhalinin sıx yaşadığı Nerime rayonunda şəhər tikililərinin çox olduğu ərazidə qurğular yerləşdirilib və hazır vəziyyətə gətirilib. Bu qurğulardan atəş açılmayıb. Geniş ictimaiyyət üçün açıq olan təlimlərin məqsədi sakinləri Şimali Koreyanın artan raket hücumu təhlükəsi ilə əlaqədar sakitləşdirmək olub.

Cari ildə Pxenyan tərəfindən müxtəlif növlərə malik 12 ballistik raket sınağı keçirilib. Onlardan biri martın 9-da Yaponiya sahillərindən 200 kilometr məsafədə dənizə düşüb.

Qeyd edək ki, Yaponiya 17 “Patriot PAC-3” batareyasına malikdir. Hazırda onların hamısı ölkənin müxtəlif yerlərində təşkil edilən hərbi təlimlərə cəlb edilib. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar