Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış idmançı Bakıda qızları döydü - Foto


Hadisə ötən gecə Yasamal rayonu ərazisində yerləşən məşhur "Famous" karaoke-klubda baş verib


Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb. 
 
Hadisə barədə zərərçəkmiş E.Əliyeva Milli.Az-a açıqlamasında başına gələnləri belə nəql etdi:
 
"Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni, "xeyr" cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi. Yenə də onu tanımadığımı bildirdim. Əli ilə də qapını elə tutmuşdu ki, çıxa da bilmirdi. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə "ağıllı ol" dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və sillə vurdu. Durub itələdim, bundan sonra yumruq və təpiklər başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib məni tualetin qarşısında ağız-burnumu qan içində görüb".
 
E.Əliyevanın başına gələnlər bununla da bitməyib. Zərərçəkmiş əlavə etdi ki, İsa onu tualetə salıb bağlamaq istəyirmiş, ancaq dostları yaxınlaşıb polis gəldiyini deyəndən sonra fikri dəyişib:
 
"Sonra məni "Gelandewagen" markalı, 99 HN 999 markalı avtomobilə saldı. Rəfiqəm klubun mühafizəçiləri və polislərdən kömək istəsə də, aldığı cavab "sən ağzını yum" olub".
 
Birtəhər canını qurtaran E.Əliyeva 1 saylı Şəhər Xəstəxanasına gedib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bədənindən, başından xəsarət alan E.Əliyeva şəkillərini göndərib. 
 
İddialara görə, İ.Əzizov məşhur bir şəxsin övladıdır və belə hərəkətləri bir neçə dəfə olub. Bir neçə gün əvvəl də "Skech lounge"da buna oxşar hadisə törədib. 
 
İ.Əzizovun özü ilə əlaqə saxlamağa çalışsaq da, səylərimiz nəticə vermədi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar