Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyalı qaçqınlar Türkiyədə mafiya yaratmağa başlayıb


Yerli əhali onların evlərinə od vurur, döyülənlər var – Təhlil


Rəmzi Özdəmir

Yeni Çağ (Türkiyə), 13.07.2017


Dünya “mafiya” sözünün gerçək mənasını Amerikadakı İtaliya mafiyasının sayəsində bilib. İtaliyadan ABŞ-a köçənlər mühitində meydana çıxmış və tezliklə qol-budaq atmış İtaliya mafiyası uzun müddət bu ölkə üçün bəlaya dönüb. Budur, artıq, Amerika təhlükəsizlik qüvvələri, demək olar, yüz ildir bu bəlanın öhdəsindən gəlməyə çalışır. Əlbəttə, biz İtaliya mafiyasını ancaq filmlərdən tanıyırıq. Məşhur Al Paçino hətta bizi onu sevməyə məcbur edib!..  

Soruşacaqsınız ki, İtaliya mafiyasının bizimlə nə əlaqəsi? Əlbəttə, heç bir. Amma indi Türkiyədə oxşar ictimai proseslər gedir. Bircə bu prosesdə italiyalılar yoxdur!

Suriyalılar var. Ölkədəki müharibə ucbatından Türkiyədə sığınacaq aramağa məcbur olmuş qaçqınlar son aylarda cəmiyyətdə qızğın reaksiya ilə üzləşirlər.

Niyə həmişə mərhəmət nümunəsi olmuş türklər indi bu cür kəskin reaksiya verirlər? Küçələrdə suriyalılarla dava-dalaş, suriyalıların evlərinə od vurulması və daha bir çox misallar. Bu reaksiyanın başlıca səbəbi bəzi qaçqınlar mühitində yaranmış mafioz törəmələrdir.

Suriyalılar xüsusən də İstanbulda təkcə inşaatda və bu cür sahələrdə çalışmırlar. Onlar, məsələn, qəbz və veksel (borc kağızı-tərc.) üzrə borcların alınması kimi kollektor biznesində işləməyə başlayıblar.  

Hətta bunu o qədər də böyük pul xatirinə etmirlər. Sadəcə, banditizm suriyalı gənclər üçün bir dəbə çevrilib. Gənc suriyalılar dəstə bağlayıb adam döyür və daha bir xeyli mafioz fəaliyyətə əl atırlar.

Təəssüf ki, Türkiyə Suriya köçkünlərinə təhsil vermədən yalnız onların üzünə qapı açıb. Və indi on minlərlə suriyalı küçədə qalıb, işi yoxdur və yarıac durumdadır.

Yəni onlar istənilən işə girişirlər. Əsas problem bundadır. Ac adamın əlindən hər şey gələr. Və Türkiyə də Avropa ölkələri kimi milyonlarla suriyalıya pul və daldanacaq verməyibsə, heç nə etmək olmaz. Bu şəraitdə suriyalıların özləri vəziyyətdən çxış yolu tapmağa səy edirlər. Ən yaxın vaxtlarda suriyalılar problemi daha da kəskinləşəcək.

Amerikada İtaliya mafiyasının doğulduğu kimicə Türkiyədə Suriya mafiyası da eynilə daha çox qol-qanad ata bilər. Ölkədə qəbz və veksellər üzrə ödənişlə bağlı ciddi böhran müşahidə olunur. Bu böhran Suriya mafiyasının bundan sonrakı inkişafı və güclənməsi üçün səbəb ola bilər. Hazırda onun təsiri xırda alverçilər və borclular səviyyəsində müşahidə olunur. Lakin o, gündən-günə böyüyə bilər.

Küçələrdə davalar, evlərə və iş yerlərinə od vurulması – bütün bunlara yalnız ictimai reaksiyadır. Bir müddətdən sonra suriyalılar daha çox  nüfuz qazanarkən hər şey dəyişilə bilər. Hətta Amerikanın bir əsr boyunca öhdəsindən gələ bilmədiyi mafiya ilə Türkiyə necə mübarizə aparacaq?

“Pulsuz adam gərəksiz adamdır” fəlsəfəsi ilə küçələrdə veyllənən bu adamlar mütləq təhsil və iş almalıdırlar. Türkiyədə 12%-lik işsizlik səviyyəsində bu adamlar üçün necə iş tapmaq, əlbəttə, ayrıca məsələdir. Ölkədə gənclik arasında işsizlik 25%-ə çatıb. Türkiyədəki suriyalıların önəmli qismi gənclərdir və onları işə düzəlməyənlərin sırasına qatanda 30% və hətta 35% miqdarda işsiz gənclər ordusu alınır.(tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar