Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sevgilisi ilə ərini öldürən qadının cinayətin təfərrüatı


Yasamal rayonunda baş verən dəhşətli cinayətin sirri açıldı


Bakı şəhər Prokorluğundan yaydığı rəsmi məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilib. Müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub qadının əri Kamranı öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəliblər. 

Sədi Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürüb. Daha sonra Lalə ilə birlikdə meyiti bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.


Cinayətin adı çəkilən şəxslər tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

AzVision.az dəhşətli cinayətin baş verməsinin əsl səbəbini dəqiqləşdirib.

Qətldə cinayətkar qismində tutulan Sədi Məmmədovun yaxınlarının bildirdiyinə görə, hadisə xəyanət üstündə baş verib. Belə ki, öldürülən Kamran Mahmudovun həyat yoldaşı Lalə Mahmudova ilə Sədi Məmmədov uzun illər sevgili münasibətində olublar. 



Hər ikisi evil olsa da onlar münasibətlərini hadisə baş verən günə kimi gizli saxlaya biliblər. 

S.Məmmədov Bakıda tanınan iş adamlarındandır. O peşəcə zərgərdir. Maddi cəhətdən yaxşı imkanlara sahib olan S.Məmmədovun qətli törətməsinin səbəbi onların əməllərinin Kamran Mahmudov tərəfindən ifşa edilməsi olub.

Həyat yoldaşı L. Mahmudovanın xəyanətindən şübhələnən K.Mahmudov onların izinə düşüb. Gizli aşiqlərin ifşası hadisə baş verən günə təsadüf edib.

Ailələri, tanışları arasında biabır olacaqlarından ehtiyatlanan cütlük K.Mahmudovu qətlə yetirməklə izi itirmək qərarına gəliblər. 

Hadisədən sonra birlikdə ölkədən qaçmağı planlaşdıran sevgililərin arzusu polisin müdaxiləsindən sonra ürəklərində qalıb.

Yaxınlarının bildirdiyinə görə, S.Məmmədov əməlini etiraf edib. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar