Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta əlillik problemi və Səlim Müslümovun populizmi - Problem həll olunacaqmı?


Millət vəkili: “Vətəndaş nə üçün əlilliyə doğru gedir? Bu saxtakarlığı yaradan səbəbi aradan qaldırmaq lazımdır”


“Çox arzulayırıq ki, ölkə başçısının hər bir nazir qarşısında qoyduğu vəzifələri yeni hökumətin üzvləri dərindən bilsinlər və bu yöndə fəal hərəkət etsinlər”.

Bu sözləri millət vəkili Zahid Oruc əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əlilliklə bağlı atdığı addımları PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, əlilliyin təyin olunması sahəsində həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə sosial ədalətli olması baxımından islahatlara ehtiyac var. Sahil Babayevin sözlərinə görə, bu sahənin daha da təkmilləşdirilməsi üçün beynəlxalq təcrübədən yararlanamağa ehtiyac var və aparılacaq islahatlarla əlilliyin təyin edilməsi prosesi daha da sadələşəcək. Nazir, artıq bununla bağlı Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq komissiyanın yaradıldığını bildirib. 

Qeyd edək ki, eyni bəyanatlar sabiq nazir Səlim Müslümov tərəfindən də səsləndirilmişdi. Lakin o da məlumdur ki, Səlim Müslümovun zamanında saxta əlillik dərəcəsi alıb təqaüdə çıxanların sayı artdı. Yeni nazir bu kimi nöqsanları aradan qadıra biləcək və belə halların yaşanmaması üçün gördüyü tədbirlər bəhrəsin verəcək?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı millət vəkili Zahid Orucun fikirlərini öyrənib.



Zahid Oruc: “Yüksək maaşlı iş yeri olsa, heç kəs özünü sənəd üzərində şikəst etməyəcək”.


Gənclərimizin fiziki göstəricilərinin normativlərdən qat-qat aşağı bir vəziyyətdə olduğunu diqqətə çatdıran millət vəkili əlavə edib ki, gənclərin hər birinin çox erkən yaşlarında eynəyə məcbur qalmaları bir çox kompleks tədbirlərin həyata keçirilməsin bizdən tələb edir:

“Öncə onu qeyd edim ki, 90-cı illərdən bu yana əlillik sahəsində bir tərəfdən hökumət səviyyəsində müxtəlif təkminləşdirmə tədbirləri həyata keçirilib. Lakin o biri tərəfdən daha fundamental səviyyədə yanaşmalıyıq. Bu da ondan ibarətdir ki, müharibə reallığı, işğalın Azərbaycan vurduğu həm demokratik, həm fikiziki, həm mənəvi zərbələr öz-özlüyündə əlillərin sayının çəkili sayda artmasına təsir göstərdi. 

Hesab edirəm ki, əhalinin 100 min nəfərinə düşən əlillərin sayı statistika baxımından dünyadakı orta Avropa göstəricisinə uyğundur. Biz ötən 10 illər ərzində Azərbaycan insanlarının kütləvi şəkildə müxtəlif yollarla əlillik dərəcələri almağa çalışdıqlarını görməkdəyik. Parlamentdə də bu məsələ geniş şəkildə hər zaman tənqid olunub. Dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilk növbədə əlillərin reablitasiyasi, onların normal vəziyyətə gətirilərək cəmiyyətə tamhüquqlu və yaxud tam əmək qabliyyətli şəraitə çatdırılması yönündə siyasətin daha çox gücləndirilməsi istəkləri dilə gətirilib. Lakin reallıq ondan ibarətdir ki, bu problemi sona qədər həll etmək mümkün olmayıb. 

Biz Səlim Müslümovun dövründə ünvanlı sosial yardımların şəffaf qaydada verilməsini, yəni ünvanlı sosial yardımların informasiya resursları ilə olmasında köklü dəyişikliklərin olmasını söyləyə bilərik. Ən azı ötən qısa zamanda gördük ki, həqiqətən də cəmiyyət atılan addımları müsbət dəyərləndirir. Vətəndaş hansısa konkret xəstəxanalarda cərrahiyə əməliyyatı olursa və yaxud ağır bir xəstəliyə düçar olubsa, əmək qabiliyyətin itiribsə, bu zaman orada verilən tibbi ekspert rəyləri daha sahəvi qurumlardan, yəni bir neçə komisiya üzvündən deyil, bir başa xəstəxanaların rəyi əsasında müəyyənləşməsinə və orada da rüşvət və digər sistemli korrupsiya cinayətlərinə yol verilməsin deyə, əlilliyi sistemin özünün təyin etməsi yönündə işlərin təkminləşdirilməsinə ehtiyac var. 

Zahid Oruc: “Biz əlili daha çox olan millət anlayışına gəlib çıxmalı deyilik”.


Hesab edirəm ki, hökumətdə yer alan nazirlərdən biri kimi Sahil Babayev problemin fəal bir şəkildə qoyuluşu və onun həlli üçün istək göstərən hər bir qurumla əməkdaşlıq şəraitində bu məsələnin bitkin səviyyədə həllinə nail ola biləcək. Bunu xüsusi vurğulamaq istəyirəm ki, Sahil Babayev İqtisadi İnkişaf Nazirliyində, o cümlədən parlamentdə iş təcrübəsinə malikdir. Yaxşı bilir ki, bu məsələdə cəmiyyətin və digər hakimiyyət qollarının gözləntisi nədən ibarətdir. 

Biz əlili daha çox olan millət anlayışına gəlib çıxmalı deyilik. Biz xalq olaraq sağlam olmağa cəhd etməliyik. Vətəndaş nə üçün əlilliyə doğru gedir? Bu saxtakarlığı yaradan səbəbi aradan qaldırmaq lazımdır. Bunun isə iki təsir göstərən faktoru var. 

1. İnsanlar davamlı bir şəkildə əlilliklə təminat qazandıqlarını düşünürlər. Halbuki bunun əvəzində daha yüksək maaşlı iş yeri olsa, heç kəs özünü sənəd üzərində şikəst etməyəcək. 

2. Bu məsələdə təsir göstərən mühüm səbəblərdən biri müəssisələrdə məşq intizamlarının pozulmasıdır. Bunun nəticəsində də anadangəlmə əlilliyin meydana gəlməsidir. Bu da səhiyyə orqanları üçün çağırış deməkdir ki, axı necə olur ki, analar dünyaya əlil uşaqlar gətirirlər. Bu vaxta qədər görmüsünüzmü ki, müxtəlif qurumlar aidiyyatı təşkilatların birgə iştirakı ilə, o cümlədən qadınların oraya qatılması ilə geniş müşavirələr, konfranslar olsun? Bu nazirliklər nədən ötrüdür? 

Zahid Oruc: “Parlament olaraq müvafiq nazirliklərə - həm Səhiyyə Nazirliyinə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hüquqi, qanunvericilik, mənəvi, siyasi dəstək verməyə hazırıq ki, bu sahədə mükəmməl mexanizmlər yaradılsın”.


Həmçinin biz orta məktəblərimizlə bağlı məsələni ciddi şəkildə qaldırmalıyıq ki, əlillik artmasın. Biz bu yaxınlarda mühum bir tədbirdəydik. Orada Azərbaycan gənclərinin uğur qazananları qarşımızdaydılar. Əlbəttə ki, hər birimiz onlara görə sevinirdik, çünki qürurlu hadisə idi. Amma gördük ki, gənclərimizin fiziki göstəriciləri normativlərdən qat-qat aşağı bir vəziyyətdədir. Həmçinin hər birinin çox erkən yaşlarında eynəyə məcbur qalmaları bir çox kompleks tədbirlərin həyata keçirilməsin bizdən tələb edir. Mən hələ gənclərin boyunun qısalmasından danışmıram. 

Millət sağlam olanda güclüdür. Buna görə də Parlament olaraq müvafiq nazirliklərə - həm Səhiyyə Nazirliyinə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hüquqi, qanunvericilik, mənəvi, siyasi dəstək verməyə hazırıq ki, bu sahədə mükəmməl mexanizmlər yaradılsın. Nəhayət heç kəs nə qədərsə, vəsait verdim artıq mən əliləm deməsi ilə öyünməsin. Yəni real olaraq əlil olan şəxs Azərbaycan büdcəsində yararlana bilsin. Mən buna ümid edirəm. Çünki Sahil Babayev gəncdir, yaradıcıdır, beynəlxalq proqramları yaxşı bilir və çox arzulayırıq ki, ölkə başçısının hər bir nazir qarşısında qoyduğu vəzifələri yeni hökumətin üzvləri dərindən bilsinlər və bu yöndə fəal hərəkət etsinlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar