Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyov qalmaqalına bir baxış

Hər kəsin yaradıcılıq azadlığı var. Bu o deməkdir ki, hər kəs istədiyini yaza, səhnəyə qoya və çəkə bilər. Eyni zamanda hər kəsin yaradıcı məhsula tənqidi yanaşmaq haqqı var


Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ictimai qınaq doğurur. Siyasilərin çıxışı ilə yanaşı, görkəmli kinoşünas Ayaz Salayev də daxil olmaqla bir çox sənət adamları Rüstəm İbrahimbəyovu ermənipərəstlikdə günahlandırır.     

Vəziyyət xeyli suallar doğurur.

Yaradıcılıq azadlığı varsa, adamı niyə qınayırıq?

İctimai qınaq demokratiyanın bir göstəricisidirsə, niyə narahatıq?

Ümumiyyətlə, müharibə şəraitində yaradıcı adamlar öz içlərinə xüsusi senzura tətbiq etməlidirlərmi?

Ədəbiyyat xalqa və vətənə həsr olunmalıdır, yoxsa sənət idealları əsas götürülməlidir

Sənət idealları ilə milli maraqlar toqquşanda torpağı işğal altına olan, xalqı böyük faciələr yaşayan sənət adamı necə davranmalıdır?

Hesab edirəm ki, yaradıcı adamın yazısına yalnız yazı ilə cavab vermək lazımdır. Başqa ifadə üsulları yolverilməzdir.

Sevinirəm ki, Rüstəm İbrahiməyova qarşı çıxanlar yalnız sözdən istifadə edirlər. Axıracan bu cür gedəcəyinə inanıram.      

Qınaq da tənqidin bir növüdür, lakin bu qınaqda sənətdən kənarda hər hansı bir niyyət və məqsəd olmamalıdır.

Bəs sənət dediyimizin ölçüləri nədir?

Rolan Bartın “Müəllfin ölümü” adlı dövrün yaradıcı xarakterini müəyyən edən məşhur sənət kriteriyasına görə müəllif öz mətnindəki müxtəlif yanaşma və dünyagörüşlərdən kənarda dayanmalı, tərəf tutmamalıdır. Hətta bunu tam təmin etmək üçün bəzən müəllif özünü əsərinə obraz kimi daxil edir, yaratdıqları ilə eyni cərgədə dayanaraq müəllif kimi “intihar edir”.

Sənət adamı yaratdığı sənət nümunəsində hər hansı bir ideologiyanın, düşüncənin yanında dayanırsa, onun tərəfini tutursa, hətta təəssübkeşlik edirsə, o, müasir tendensiyaları bilmir.

Sənət adamı öz xalqının, öz vətəninin də açıq tərəfini tutmamalıdır. Əgər belə bir niyyəti varsa, situasiyanı elə qurmalıdır ki, onun düşündükləri oxucuda, tamaşaçıda öz-özünə aşılansın.

Əgər belə olmasa, kino və ədəbiyyat heç vaxt qloballaşa, bütün irqlərin, millətlərin, xalqların, ölkələrin, fərqli sosial zümrələrin ortaq dəyərinə çevrilə bilməz.

Öz xalqını öyən, yerli-yersiz tərif deyən adamla, münaqişədə olduğu xalqı öyüb tərif edən adamın sənət kontekstində heç bir fərqi yoxdur.

Onlar bir medalın iki üzdür və ciddi sənətin dışındadır. 

Sənət qızıl ortanı həmişə gözləməlidir. Bu həmin qızıl ortadır ki, Rolan Bartın məlum konsepsiyasını təmin etməyin ən unikal yoludur.

Rüstəm İbrahimbəyovun bu yazdıqlarımı bilmədiyinə inanmıram. Məncə, onun problemi başqadır.

Yadınızdadırsa, illər öncə “Qaçqınlar gəlib Bakının qədim ansamblını pozdular” - demişdi.

Təsəvvür edin, Xocalıda əri, uşaqları öldürülən qadın Bakıya gəlib uçuq-sökük bir yataqxana küncündə sığınacaq tapır və tanınmış ziyalı, sənət adamı durub deyir ki, sən şəhərimizin ansamblını pozursan.

Söhbət fikrin nə qədər gerçək olub-olmamasından getmir, söhbət o boyda faciənin içində ansambl dərdini çəkməyin səbəblərindən gedir.    

Səbəbsə budur: Azərbaycan xalqının öz içindən doğan həqiqi mədəni elitasını bir dəfə cümhuriyyətin süqutu, bir dəfə də 30-cu illərdə məhv etdilər.

Sonra Bakıda yalançı rusdilli elita yaratdılar. O elita xalqın içindən doğmamış, layihə şəklində hazırlanmışdı.

Sovetlər çökdü və öz xalqına dəxli olmayan bu elitanın sosial dayaqları yıxıldı. Ciddi nostalgiyaya qapıldılar və bu nostalgiya hissinin əsl sənət olduğunu düşündülər.

Əsl sənətsə, bütün doğmalarını itirib Xocalıdan qaçan və Bakıda sığınacaq tapan o kimsəsiz qadının yanında idi. Azərbaycanın əsl ansamblı onun qəlbində səslənirdi. Rüstəm İbrahimbəyov o səsi heç vaxt eşidə bilmədi. Çünki məxsus olduğu elita bu səslərə qapalı idi.

Şərif Ağayar(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar