Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyev Rövşən Rzayevi kollektivə təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri Rövşən Rzayevi Komitənin kollektivinə təqdim edib və ona işlərində uğurlar arzulayıb


Komitədən  verilən məlumata görə, R. Mehdiyev R. Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə geniş məlumat verib. 

R. Mehdiyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

R. Mehdiyev ölkə prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

R. Rzayev isə prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Qeyd edək ki, R. Rzayev Azərbaycan prezidentinin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.APA

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar