Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

QNET şirkəti və Ritm Xeyriyyə Fondu fəaliyyət göstərdiyi hər bir ölkədə xeyriyyə tədbirləri həyata keçirir. Azərbaycanda da bu tədbirlər ənənəvi xarakter alıb


Növbəti belə bir aksiya “Ümid Yeri” Uşaq Sığınacağında təşkil edilib.

Hər il Yeni il ərəfəsində “Ümid Yeri” Uşaq Sığınacağında xeyriyyə aksiyası təşkil edən QNET şirkəti sığınacağın balaca sakinlərini bu dəfə də unutmadı. Şirkətin sığınacağa gələn işçi heyəti və müstəqil nümayəndələri uşaqlar üçün Yeni il şənliyi təşkil etdilər. Sığınacaqda əsl bayram ab-havası yaşandı.

Cizgi filmlərinin və nağıl qəhrəmanlarının, həmçinin Şaxta baba və Qar qızın iştirakı ilə təqdim olunan tamaşa uşaqlara hədsiz sevinc bəxş etdi. “Ümid Yeri” Uşaq Sığınacağının sakinləri də öz növbələrində rəqslər nümayiş etdirdilər.

QNET şirkəti və Ritm Xeyriyyə Fondunun əməkdaşları sonda uşaqlara Yeni il hədiyyələri payladılar. Hədiyyələr arasında uşaqların soyuq havalarda isinməsi üçün papaq, şərf və əlcək var idi.

“Ümid Yeri” Uşaq Sığınacaq Evinin rəhbər və müəllim heyəti valideyn himayəsindən məhrum olan uşaqlara göstərdiyi diqqətə görə QNET şirkətinə öz təşəkkürünü bildirdi. Uşaqlar sonda onlara hədiyyə olunan və üzərində QNET yazısı olan tortun da dadına baxdılar.
Qeyd edək ki, şirkət “Ümid Yeri” Uşaq Sığınacaq Evinin təmirində də yaxından iştirak edir.


pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar