Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin yeni geosiyasi qarşıdurmaya başladı


Rusiya və qondarma Abxaziya Respublikası arasında strateji tərəfdaşlıq və müttəfilqik haqqında sazişin imzalanması bu regionun tam olaraq Moskvanın siyasi və iqtisadi himayəsinə keçməsi deməkdir


Bu fikri Azərbaycan parlamentinin deputatı, politoloq Rasim Musabəyov Vladimir Putinlə Raul Xacimbo arasında imzalanan sazişi "Turan"-a şərh edərkən bildirib.

“Əgər Abxaziyanın əvvəlki rəhbərliyi həm Gürcüstan, həm də Rusiyadan ayrı müstəqillik siyasəti yürüdürdüsə, son seçkilərdə Kreml hakimiyyətə öz əlaltısını – Rusiya xüsusi xidmətinin keçmiş əməkdaşı Raul Xacimbonu gətirə bildi.

Və indi də Abxaziyada de-fakto olaraq rusiyalı “general-qubernatorun” oturduğu bir vaxtda o, Rusiyanın tam himayəsi altına keçir.

RusiyaErmənistan arasında Abxaziya vasitəsilə dəmir yolunun açılmasının mümkünlüyünə gəlincə, sözügedən sazişin imzalanması buna xidmət etmir, çünki yol Gürcüstan ərazisindən keçir.

Rəsmi Tiflis bu sazişə kəskin reaksiya verib. O, Rusiyanı Gürcüstan ərazisinin anneksiyasını möhkəmləndirmək cəhdində ittiham edib.

Aİ və NATO tərəfdən də analoji reaksiyalar olub".

Öz növbəsində “Şərq-Qərb” Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu saziş Cənubi Qafqaz uğrunda geosiyasi qarşıdurmanın yeni mərhələsini açıb: "Ekspertlərin bir çoxu Rusiyanın Ukraynadan sonra Cənubi Qafqaza keçəcəyini proqnozlaşdırırlar.

Onların fikrincə, Ukraynada minimum vəzifəsini yerinə yetirən Rusiya Cənubi Qafqazda planlarının reallaşmasına başlayıb və Abxaziya və Dağlıq Qarabağda öz mövqeyini möhkəmləndirməyə çalışır.

Rusiya beynəlxalq hüquq subyekti olmayan Abxaziyada özünün hərbi, siyasi və iqtisadi iştirakını legitimləşdirməyə çalışacaq.

Lakin müasir dünyada güc mərkəzləri beynəlxalq hüquqa əməl etməklə özlərini əziyyətə salmaq istəmirlər.

Eyni zamanda Rusiyanın Abxaziyada, əsasən Qara dənizdə hərbi iştirakının güclənməsi NATO üzvü olan Türkiyəni cavab addımlarına sövq edə bilər.

Sonra Rusiya Qərb istiqamətində enerji layihələrinin reallaşmasını pozmaq üçün Gürcüstana qarşı hərbi təcavüzünü təkrarlaya bilər. Bununla da Rusiya Qərbə neft-qaz nəqli məsləsində Azərbaycan üçün Moskvadan asılı vəziyyətə düşməkdən başqa çıxış yolu qoymayacaq.

Rusiya Ermənistanla dəmir yolu əlaqəsini bərpa etməyə çalışacaq və bundan ötrü Moskva Gürcüstanın erməni əhalisinin yaşadığı Cavaxetiya regionunda sabitliyi pozmağa çalışacaq".

Ə. Oruclu hesab edir ki, Qərb bütün bunları sakit müşahidə etməyəcək və əks tədbirlər görəcək ki, bu da regionda vəziyyəti dah da gərginləşdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ən çox oxunanalar