Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Penitensiar Xidmət Сahangir Hacıyevin ittihamlarına cavab verdi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev avqustun 24-də məhkəmədə ifadə verərkən saxlanma şəraitindən narazılıq edib:


"Məni məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürüblər. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada bir gündə cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdur. Təsəvvür edin, həftədə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib, 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət eləməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər. Dustağın bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Bu cür vasitələrlə mənə işgəncə vermək nəyə lazımdır? Onu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar".
 
Bankirin bu ittihamlarına Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a açıqlamasında aydınlıq gətirib.

M.Sadıqov C.Hacıyevin iddialarının əsassız olduğunu vurğulayıb:
“Son illər ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun penitensiar xidmət, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları inşa edilib. Bakı İstintaq Təcridxanası da məhz onlardan biridir.
Məhkumların saxlanma şəraitinin nə dərəcədə yüksək olmasını biz yox, beynəlxalq ekspertlər təsdiqləyir. Mötəbər təşkilatların nümayəndələri dəfələrlə təcridxanaya baş çəkib, məhkumların saxlanma şəraiti və qidalanmasının yüksək səviyyədə olması barədə rəy veriblər. Ona görə də hesab edirəm ki, bu ittihamlar həqiqəti əks etdirmir".

C.Hacıyevin təcridxananın gün ərzində 4 dəqiqə su ilə təmin olunması iddiasına gəlincə, qurum rəsmisi bunu mümkünsüz sayıb:
“Təcridxanada yüzlərlə məhkum saxlanılır. Cəmi 4 dəqiqə ərzində o qədər insanın suya olan tələbatı ödənilə bilərmi? Bu səbəbdən tamamilə həqiqətdən uzaq iddiadır”.

Polkovnik eyni zamanda deyib ki, məhkumların saxlanmasına və qida rasionun təmin olunmasına görə müəyyən normalarla təsdiq olunmuş kifayət qədər maliyyə vəsaiti ayrılır. Ayrılan vəsait də müəyyən olunmuş istiqamət üzrə sərf edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar