Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Bayramı ilə əlaqədar Nəsimi rayonunda imkansız ailələrə bayram payları təqdim olunub

Xalqımızın əziz bayramlarından olan Novruz Bayramı Respublikamızın hər bir rayonunda olduğu kimi paytaxtımızın Nəsimi rayonunda da təmtəraqla və geniş şəkildə qeyd olunur


Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə həyata keçirilir.

Bayram ərəfəsində rayonda geniş abadlıq  və quruculuq işləri,  hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, rayon ərazisindəki idarə və təşkilatlarda,   orta və məktəbəqədər təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş silsilə  tədbirlər keçirilir.

Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələrə Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə  zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunur.

Novruz bayramı tədbirləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qızıl Tac” şadlıq sarayında  Qarabağ əlilləri,  veteranları və şəhid ailələri ictimai birliyinin, Veteran Təşkilatları Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Qızıl Aypara, Gözdən Əlillər,  Çernobıl əlilləri, 20 Yanvar cəmiyyətlərinin, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətinin rayon şöbələrinin rəhbərləri və üzvlərinin  iştirakı ilə növbəti tədbir keçirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  tədbir iştirakçılarını salamlayaraq, onları Novruz Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri bayram ərəfəsində cəbhə bölgəsində “N” saylı hərbi hissədə olmuş,   xidmət edən əsgərlərimizi bayram münasibəti ilə təbrik etmişlər.

Tədbirdə ümumilikdə  3000 ailəyə bayram sovqatları paylanılmış, yataq xəstələrinin bayram payları isə evlərinə çatdırılmışdır.

Tədbirdə çıxış edənlər – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Rayon Veteranlar Şurasının sədri İsmayıl Fərəcov və digərləri bayram münasibəti ilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti   cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildirmişlər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar