Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilir


Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir


Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək,
həmişə yaşayacaq,həmişə inkişaf edəcəkdir.

                                                                     Heydər Əliyev

Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə may ayının 2-də  Kamera və orqan musiqisi zalında  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  konserti keçirilmişdir.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  bildirmişdir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapdı. İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.

Daha sonra musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına  Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin  müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. Məktəbin şagirdləri Quliyeva Xuraman, Mahmudova Leyla, Əliyev Camal,Məmmədzadə Əliheydər,Qurbanov Əli (fortepiano), Sadəddin Cumayev (fleyta), Əli Əlizadə (fleyta), Kənan Abbaszadə (klarnet), Amin Əliyev (balaban), Mirzəyev Rövşən (tar), İlkin Əliyev (fleyta), ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar