Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəxəssislər itmiş təyyarənin marşrutundakı qəribəliyi izah etməyə çalışıblar


"Malayziya Hava Yolları" şirkətinə məxsus "Boeing 777-200" sərnişin təyyarəsinin yoxa çıxması, çox güman ki, pilotun şüurlu hərəkətləri nəticəsində baş verib


PİA.AZ AZƏRTAC-a istinadən bildirir ki, belə qənaətə Avstraliyanın "9Now" telekanalında çıxış edən mütəxəsisslər gəliblər.

Həm pilot, həm də aviakonstruktor olan Simon Hardi hesab edir ki, təyyarənin komandiri Zhariya Ahmad Şah təyyarənin aşkar edilmə sistemini söndürdükdən sonra dispetçerləri çaşdırmaq üçün onu Malayziya ilə Tailandın sərhədinə yönəldib. Mütəxəssisin rəyinə görə, bu istiqamət məqsədli şəkildə seçilib.

Bundan sonra Ahmad Şah anadan olduğu Pinanq ştatı üzərində dövrə vurub ki, bunu da onun doğma yerlərlə vidalaşmaq üçün etdiyi güman olunur.

"O, özünü öldürməyə hazırlaşırmış. Təəssüf ki, pilot özü ilə yanaşı, bütün sərnişinləri də məhv edib. Bu məqsədli şəkildə edilib", - deyə Kanadanın Nəqliyyatda Təhlükəsizlik Bürosunun sabiq rəhbəri Lerri Vens bildirib.

L.Vensin fikrincə, kapitan oksigen maskası geyərək təyyarənin hermetikliyini söndürüb və bunun nəticəsində də sərnişinlər və heyətin digər üzvləri huşlarını itiriblər.

Xatrıladaq ki, 2014-cü il martın 8-ə keçən gecə Kuala Lumpurdan Pekinə uçan, "Malayziya Hava Yolları"na məxsus "Boeing 777-200" sərnişin təyyarəsi radarlardan itib. Onun göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Təyyarənin Hind okeanının cənub hissəsində qəzaya uğradığı güman edilir. Təyyarənin qalıqlarının tapılması üçün təşkil edilən əməliyyat-axtarış tədbirləri hələ də heç bir nəticə verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar