Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvadan İraqın ərazi bütövlüyünə zərbə

“Rosneft” kürd muxtariyyəti ilə qaz sazişi imzalayıb


Rusiyanın aparıcı neft şirkətlərindən olan “Rosneft” 25 sentyabrda keçirilməsi planlaşdırılan müstəqillik referendumundan əvvəl İraq Kürdistan Regional Hökuməti (İKRH) ilə bir milyard dollardan artıq məbləğə malik təbii qaz boru kəməri razılaşmasını imzalayıb.

Kürdüstan muxtariyyəti 2014-cü ildən başlayaraq Bağdaddakı mərkəzi rəhbərlikdən asılı olmayaraq müstəqil şəkildə neft ixrac edir. “Rosneft” də bu il bu ərazidən neft alan şirkətlər arasına daxil olaraq gələcəkdəki neft alış-verişi qarşılığında regional hökumətə yüz milyonlarla dollar kredit verib. Şirkət bu son müqavilə nəticəsində regiondakı sərmayələrini genişləndirib. Razılaşma ilə tanış olan mənbələrin “Reuters” agentliyinə verdiyi məlumatda sərmayələrin məbləğinin bir milyard dolları keçəcəyi söylənilib. Ərbil rəhbərliyi neft gəlirlərinin necə bölüşdürüləcəyi məsələsində Bağdadla illərdir ki, davam edən münaqişədən sonra 25 sentyabrda müstəqillik referendumunu keçirəcəyini açıqlamışdı. Kurd muxtariyyəti İŞİD ilə mübarizə aparması, neft və təbii qaz qiymətlərinin aşağı düşməsi səbəbiylə yeni mənbələrə ehtiyacı olduğunu söyləyir.

2020-ci ildən sonra ixrac

Ərbil rəhbərliyi maliyyə vəziyyətini düzəltmək üçün gələcəkdə satış perspektivi olan razılaşmalardan asılı vəziyyətdədir. Lakin bu günə qədər uzun müddətli daha böyük sərmayələr tələb edən böyük təbii qaz yataqlarını inkişaf etdirməyi bacarmayıb. Rosneft razılaşmasının, bu günə qədər daha çox orta səviyyəli şirkətlər tərəfindən həyata keçirilən təbii qaz yataqlarının inkişafını sürətləndirməsi gözlənilir. Razılaşmanın Türkiyə üçün Avropaya gedən təbii qazda əhəmiyyətli mərkəzlərdən birinə çevrilməsi yolunda bir addım olacağı ehtimal olunur. Boru kəmərinin ildə 30 milyard kubmetr həcmə sahib olması nəzərdə tutulub. Bu miqdar Avropanın qaz tələbatının yüzdə 6 faizi, qitənin ən böyük qaz tədarükçüsü Rusiyanın satdığı təbii qazın altıda biridir.

Boru kəmərinin 2019-cu ildə regionun daxili istehlakında istifadə olunması, 2020-ci ildən sonra isə ixraca başlaması nəzərdə tutulub. Bundan başqa, İKRH hazırda gündəlik 650 min barrel olan neft ixracını 2020-ci ildən etibarən bir milyon barrelə yüksəltməyi planlaşdırır. (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar