Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarder barəsində çıxarılmış ölüm hökmü qüvvədə saxlanılıb



İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb


APA-nın məlumatına görə, Ali Məhkəmənin Məhkəmələrə nəzarət şöbəsi B. Zəncaninin ölüm hökmünün təsdiqləndiyi elan edib.

Qeyd edək ki, bir neçə gün öncə İran mətbuatında barəsində ölüm hökmü çıxarılmış 41 yaşlı milyarder B. Zəncaninin edam hökmünün ləğv olunması barədə məlumatlar yayılıb. Sonradan bu xəbər məhkəmə sistemi rəsmiləri tərəfindən təkzib olunub.

Hökmə əsasən, B. Zəncani və onunla əlbir olan daha iki nəfər asılacaq.
Onlar xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar.

Həmçinin B. Zəncani İran Milli Neft Şirkətinin vəsaitlərini mənimsəməkdə ittiham olunur. Məhkəmənin qərarına əsasən B. Zəncani neft ixracından əldə etdiyi 2 milyard avronu qaytarmalıdır.

B. Zəncani bu məbləğin bir qismini İran daxilindəki mülklərini sataraq İran Milli Neft Şirkətinə qaytarıb. Məbləğin digər qismi isə ölkədən kənarda yerləşən mülklərin satışından əldə olunan vəsait hesabına ödəniləcək.
Qeyd edək ki, İran Ali Məhkəməsi B. Zəncani ilə birgə ittiham olunan digər iki məhkum barəsində çıxarılan ölüm hökmünü təsdiqləməyib. Onlar barəsində əlavə araşdırma aparılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar