Anxel di Mariya PSJ-dən ayrıla bilər
PİA.AZ qol.az-a istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu Lionel Messi argentinalı yarımmüdafiəçini Kataloniya klubunda görmək istəyir. O, bununla bağlı klub rəhbərliyinə bildirib. L.Messi di Mariyanın transferinin komanda üçün faydalı olacağını vurğulayıb.
Qeyd edək ki, di Mariya 2010-2014-cü illərdə "Real"da oynayıb.
pia.az