Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur yazıçılar yazanda nə yeyib, nə içirlərmiş?


Sənətə gedən yol mədədən keçir


 Dünyaca məşhur yazıçılar yazanda nə yeyirlər? 

Kulis.az məşhur yazıçıların sevdikləri qidaları təqdim edir:
 
1. Hər gün yazmağa başlamamışdan qabaq bir dilim çizkeyk yeyən Stefan Kinq əsl qurmandır. Belə ki, özü kimi yazıçı olan həyat yoldaşı Tabitha Kinq ilə yaxşı balıq bişirdiyi üçün evləndiyini deyir.
 
2. Qəribə yemə tərzi olan F.Skott Fitscerald üç öynə tuşonka və alma yeyirmiş.
 
3. Modern dünya ədəbiyyatının əvəzedilməz siması Frans Kafkanın sevimli içkisi süd imiş.
 
4. Con Steynbekin əvəzedilməz yeməyi isə qızarmış çörək və boyat qəhvə olub.
 
5. Gününün çoxunu nəsə içərək keçirən Truman Kapotenin gündəlik içki siyahısı belədir: səhər 11-də qəhvə, günorta 12-də nanəli çay, günortadan sonra 2-də şerri adlı ispan şərabı, saat 4-də isə martini.
 
6. Marsel Prust yazanda yanında mütləq italyan qəhvəsi espresso olmalı idi.
 
7. Qida problemi olan ingilis şair Lord Bayron isə iştahazaldıcı kimi sirkədən istifadə edirmiş.
 
8. Amerikalı şair Emili Dikkinson isə evdə bişirilmiş çörək yeyirmiş.
 
9. Gün ərzində əlli fincan qəhvə içən Onore de Balzak bu içkiyə məftun idi. Fincan-fincan içdiyi qəhvələrdən sonra əgər yenə də enerjiyə ehtiyacı olurdusa o zaman lobya yeyirdi. Xroniki mədə ağrılarını azaltmaq üçün arada süd pəhrizinə otursa da sağalan kimi qəhvə aludəçiliyinə davam edərmiş.
 
10. Bol kremli qəhvə sevən Aqata Kristi isə kremi bitəndən sonra qəhvəni içməzmiş. Şirin şotland çörəyi kimi tanınan skoneni məşhur yazıçı çox sevirmiş. Qəhvəsi kimi çörəyi də kremli xoşlayan Kristi onun da ancaq kremini yeyirmiş.
 
11. Çoxları kimi Viktor Hüqo da günə bir fincan qəhvə ilə başlayarmış. Ancaq bir fərqlə. Fransız yazıçı qəhvəsinə iki ədəd çiy yumurta da qatarmış.
 
12. Məşhur Amerika şairi Uolt Uitmenin səhər yeməyi olduqca fərqli imiş. O, hər səhər istridyə və ət yeyirmiş. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar