Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marin Le Pen Makrona qarşı ilk həmləsini etdi


Fransanın ultra-sağçı lideri prezident olacağı təqdirdə baş nazirin kim olacağını açıqladı:


Bu mötədil sağçı demokrat Nikola Düpon-Enyandır

Xəbər verildiyi kimi, Fransa ultrasağçılarının lideri, son prezident seçkilərində 2-ci tura keçməyi bacaran Marin Le Pen seçkidə qalib gəlməsi halında baş nazirinin adını açıqlayıb.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, 56 yaşlı siyasətçi, “Ayağa qalx Fransa” partiyasının lideri Nikola Düpon-Enyandır.

Siyasi ekspertlər Le Penin seçkilərdə qalib gəlmək yolunun məhz mötədil sağçılarla ittifaqa getməsindən keçdiyini qeyd edirlər.

Məlumat üçün qeyd edək ki, Nikola Düpon Enyan peşəkar siyasətçidir. Fransanın ən prestijli universitetlərindən biri sayılan Siyasi araşdırmalar institutunu “dövlət idarəçiliyi” ixtisası üzrə bitirib.

Müxtəlif dövrlərdə inzibati vəzifələrdə çalışan Düpon-Enyan gənc yaşlarından siyasətə atılıb və hazırda Parisin 22 km yaxınlığında yerləşən Essan departamentinin Yer şəhərinin meri və Val d`Yer aqlomerasiya birliyinin (Fransada ərazi vahidi-red.) sədridir.

Nikola Düpon Enyan özünü sırf Qollçu (general Şarl de Qollun tərəfdarı-red) hesab edir. Onun fikrincə, bu gün Fransada Şarl de Qollun ideyaları ilə hərəkət edən yeganə siyasi qüvvə özüdür.

Qeyd edək ki, Düpon-Enyan həm 2012-ci ldə, həm də 2017-ci ildə prezident seçkilərində iştirak edib. 2012-ci il seçkilərində o, 1,79% səs toplayıb. 2017-ci il aprelin 23-də keçrilən 1-ci turda isə o, bu rəqəmi daha da artırıb və 4,7%-lik (1,695,186 səs) göstərici ilə 11 namizəd arasında 6-cı yeri tutub.

“Fransızlar ölkədə nələrin baş verdiyini gözəl anlayırlar. Bu gün Fransanı yenidən qurmağın və onu qloballaşmaya qarşı əks vektora yönəltmənin tam zamanıdır”, - Düpon-Enyan siyasi çıxışlarında bəyan edirdi. Düpon seçkidə maraqlı təklifləri ilə də yadda qalmışdı. Məsələn o, qalib gələcəyi təqdirdə terrorçuları Antarktidaya, pinqvinlərin yanına göndərəcəyini vəd etmişdi.

Nikola Düpon Enyanla Marin Le Peni yaxınlaşdıran əsas səbəb siyasi proqramlarının yaxın olmasındadır. Lakin Düpon Enyan Milli Cəbhənin lideri qədər bəzi məsələlərdə radikal deyil. Məsələn o, Le Pendən fərqli olaraq ölüm hökmünün bərpasına və sərt antiimmiqrasiya qanunlarının qəbul edilməsinə qarşıdır. Qalan məsələlərdə hər iki siyasətçinin mövqeləri demək olar ki, üst-üstə düşür.

Bunlardan biri də Rusiya ilə bağlıdır. Düpon Enyan Le Pen kimi açıq şəkildə Krımın Rusiya torpağı olduğunu söyləməsə də, Moskvaya qarşı tətbiq edilən sanksiyaların qaldırılmasından yana olduğunu bəyan edib.

İqtisadi məsələlərdə də iki lider arasında ciddi fərqlilik müşahidə edilmir. Düpon Enyan Le Pen kimi Fransanın Avropa Birliyindən çıxmasına tərəfdardır.

Siyasi ekspertlər Marin Le Penin son həmləsini Makronun mövqelərinə vurulan zərbə kimi qiymətləndirirlər. Çünki daha çox mülayim elektorata arxalanan və Fransanın Avropa Birliyində qalmasından yana olan Makronun güvəndiyi siyasi güclərdən biri də məhz Düpon Enyanın da daxil olduğu mərkəz-sağçı cəbhədir. Le Penlə ittifaqdan sonra Makronun təmsil etdiyi mərkəz sol və sağ arasındakı məcburi və kövrək ittifaq çat verə bilər.

Hələlik rəy sorğuları Emmanuel Makronun mütləq üstünlüyünü nümayiş etdirir - 60%. Makronun işini çətinləşdirən məqamlardan biri də sol düşərgədən təşkilatlanmış siyasi dəstək almaması ilə bağlıdır. Fransanın hakim Sosialist partiyasının lideri Benua Amon 1-ci turdakı seçki axşamı ona könülsüz dəstək verib. Digər solçu, seçkilərdə 20% səs toplamış Jan-Lük Melanşon isə ümumiyyətlə gənc lideri dəstəkləməkdən boyun qaçırıb. Jan-Lük Melanşonun da Marin le Pen kimi qatı Avropa Birliyi əleyhdarı olduğu nəzərə alınsa, rəy sorğularındakı üstünlüyünə rəğmən Makron üçün olduqca qorxulu perspektivlər ortaya çıxa bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar