Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK-ya deputatı cəzalandırmaq səlahiyyəti veriləcək


Tahir Kərimli: “Nəzərdə tutulur ki, konkret cəza mexanizmləri qanunda əksini tapsın”


Mərkəzi Seçki Komissiyasına (MSK) deputatın mandatdan məhrum edilməsi ilə bağlı əlavə səlahiyyətlər verilir.

Modern.az-ın məlumatına görə, MSK deputatın özü səs vermədikdə, deputat həmkarının yerinə də səs verdikdə, etik davranış qaydalarını pozduqda və bəzi digər hallarda onun mandatdan məhrum edilməsi məsələsini qaldıra və Milli Məclis üzvünü cəzalandıra biləcək. Bildirilir ki, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun qəbul edildikdən sonra Seçki Məcəlləsində bu dəyişikliyə ehtiyac yaranıb.

Təklif olunan dəyişikliyə görə, (176.2-ci maddə üzrə) Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində, 6-cı  (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) və 7-ci bəndlərində (Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər.

(176.3-cü maddə üzrə)  Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci 6-cı  (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) və 7-ci bəndlərində (Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) göstərilən hallarda qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır. Həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.


Deputat Tahir Kərimli “Yeni Müsavat”a bildirib ki, məsələ hələ təkliflər formasındadır və müxtəlif təkliflər var. Azərbaycan Respublikasının Konstitusiyasına keçənilki referendumda əlavə edildi ki, etik davranış qaydalarını pozduqda deputat mandatdan məhrum edilə bilər: “Mən o zaman da bildirmişdim ki, dünyada Azərbaycan yeganə dövlətdir ki, deputat etik davranışa görə mandatdan məhrum edilə bilər. Amma hər halda, bu məsələ ölkəmizin konstitusiyasına daxildir. Konstitusiyada varsa, mütləq digər qanunvericilik aktları ana qanunumuza uyğunlaşdırılmalıdır. Ona görə də ”Deputatın etik davranış qaydaları haqqında" Qanun qəbul olundu. Bu qanunda öncə deputatın cəzalandırılma qaydaları göstərilirdi. Müzakirələr nəticəsində sözügedən qanun mücərrəd xarakteri aldı, yəni konkret cəza mexanizmləri nəzərdə tutulmadı. 

İndi nəzərdə tutulur ki, konkret cəza mexanizmləri qanunda əksini tapsın. Bunun üçün də müxtəlif təkliflər var. Milli Məclisin daxili nizamnaməsində müəyyən olunacaq ki, deputat hansı hallarda mandatdan məhrum edilə bilər, İntizam Komissiyası hansı qərarı verə bilər, deputat neçə dəfə xəbərdarlıqdan sonra bu cəzaya məruz qoyula bilər. Deputat dəqiq bilməlidir ki, hansı etik qaydanı pozanda mandatdan məhrum ediləcək. Bu məsələdə MSK-ya da müəyyən səlahiyyət verilməsi təklifi var. Bütün bunlar ciddi araşdırılacaq, müzakirə ediləcək. Təkliflər də var ki, deputat mandatdan məhrum edilməmişdən əvvəl Ali Məhkəmənin rəyi alınsın və Konstitusiya Məhkəməsi son qərarı vermiş olsun. Çünki deputat mandatını sonda Konstitusiya Məhkəməsi təsdiq edir. Təkliflər hələ çoxdur və Milli Məclisin komitə iclaslarında müzakirə olunub başa çatdırılmayıb. Müəyyən dəyişikliklər olacaq". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar