Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürd bayrağı Türkiyəsiyasətini qarışdırdı – AKP ilə MHP üz-üzə gəldi


Son günlərdə Türkiyə gündəmini ən çox zəbt edən mövzulardan biri İraq kürd yönətiminin başçısı Məsud Bərzaninin İstanbulda qarşılanması sırasında baş verənlərdir


Azpolitika.info Türkiyə mətbuatına istinadən bildirir ki, İraqdakı kürd muxtariyyətinin liderinin Türkiyə ziyarəti zamanı bayraq skandalı yaşanıb. Məsələ ondadır ki, Barzaninin qarşılanma törəni və tərəflərin danışıqları sırasında Türkiyə və İraq bayraqları ilə bərabər, protokola kürd muxtariyyətinin bayrağı da daxil edilib. Bu isə Türkiyə cəmiyyəti, xüsusilə də MHP-lilər tərəfindən böyük hiddət və təpki ilə qarşılanıb. Hətta son zamanlar konstitusiyaya dəyişiklik referendumu ilə bağlı AKP-ni açıq şəkildə dəstəkləyən MHP lideri Dövlət Bahçeli də bu olaya biganə qalmayaraq, hökuməti sərt tənqid edib:

“Dövlət başçısının bundan xəbəri varmı? Baş nazir arxasında dalğalanan bayrağı gördümü? Türk millətinə kəfən biçən bir çürümüşün (Məsud Barzaninin-red.) Türkiyədə qonaq olaraq qarşılanmasını və vətənimizin səmasında o sözdə bayrağın türk bayrağına bərabər tutularaq dalğalanmasını qətiyyən qəbul etmirik. Bu şəxs öncə PKK-ya göstərdiyi dəstəyin, şəhidlərimizin və Türkiyəyə qurduğu tuzakların hesabını verməlidir”.

Qeyd edək ki, Barzaninin Türkiyəyə səfəri və az qala müstəqil bir dövlətin başçısı kimi qarşılanmasına təkcə MHP deyil, HDP xaric, demək olar bütün digər partiyalar da təpki göstərib. CHP sözçüsü Selin Sayek də olaya təpki göstərərək, AKP-nin bu yanaşmasına hamıdan öncə, iqtidarla yaxınlaşan Bahçelinin izahat verməsini istəyib. Mətbuatda və sosial mediada geniş müzakirə olunan mövzuya Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu aydınlıq gətirməyə çalışıb və maraqlı nümunə göstərib. O bildirib ki, bir müddət öncə Tatarıstan Respublikası rəhbərliyinin Türkiyəyə səfərində Türkiyə və Rusiya bayraqları ilə yanaşı Tatarıstan bayrağı da protokola daxil edilib. Və burada qeyri-adi heçnə yoxdur. Bu açıqlama isə milliyətçilər tərəfindən uğursuz müqayisə və şəhidlərə qarşı hörmətsizlik kimi qələmə verilərək, qınağa səbəb olub. Hətta yerli analitiklər son bayraq qalmaqalının onsuz da kifayət qədər kövrək olan AKP-MHP münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcəyini proqnozlaşdırırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Ən çox oxunanalar