Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Türkiyəyə cəza kəsir - “Erməni soyqırımı” gündəmdə


Mübariz Əhmədoğlu: “İsraildə başa düşürlər ki, Türkiyə ilə düşmənçilik münasibətləri Yaxın Şərqdə siyasət qurmalarına mane olar”


Əhəd Məmmədli: “Azərbaycan İsraillə müsəlman dünyası arasında bir körpüdür. İsrail heç vaxt bu körpüdən vaz keçməz”.

Keçən həftənin cümə günü Qəzza sektoru – İsrail sərhədində 16 fələstinlinin öldüyü və ən az 500 nəfərin yaralandığı qarşıdurmadan sonra Ankara-Təl-Əviv münasibətlərində yaşanan gərginlik davam edir. Belə ki, Türkiyə prezidentinin İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini kəskin formada tənqid etməsi Rəcəb Təyyib Ərdoğan ilə İsrailin baş naziri Netanyahu arasında söz müharibəsinə çevrilib.  İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyə əleyhinə tənqidlər səsləndirməsini kəskin formada qınayan Ərdoğan cümə günü Qəzzə sərhədlərində fələstinlilərə qarşı cinayətlərin insanlığa sığmayan hərəkət olduğunu vurğulayıb.  İsrail baş naziri Binyamin Netanyahu isə Ərdoğana cavabında “Sizdən dərs almayacağıq”. Bu gün isə İsrail dövlət təhlükəsizliyi naziri Gilad Erdan, "İstəsək "erməni soyqırımı"nı tanıyarıq" fikirlərini bildirib. Maraqlıdır ki,  İsrailin "erməni soyqırımı"nı tanıması mümkündürmü və bu baş verərsə, həm Azərbaycan-İsrail münasibətlərində, həm də Yaxın Şərqdə gedən proseslərdə hər hansı bir dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu və politoloq Əhəd Məmmədlinin  fikirlərini öyrənib.

Картинки по запросу mübariz əhmədoğlu
Mübariz Əhmədoğlu: “Düşünmürəm ki, İsrail nə vaxtsa ermənilərin sözü ilə “erməni soyqırımı”nı tanısın”.


İsrailin “erməni soyqırımı”nı tanıyacağının gözlənilən olmadığını bildirən politoloq Mübariz Əhmədoğluna görə,  mövcud vəziyyətdə ermənilərin Türkiyə-İsrail gərginliyindən istifadəsi bir nəticə verməyəcək:

“İsrailin “erməni soyqırımı”nı tanıması mümkün deyil. Əslində Türkiyə-İsrail münasibətlərində tez-tez gərginliklər baş verir. Yəni, indiki gərginlikdən daha sərt gərginliyin olduğu dövrlər də olub. Bütün hallarda isə Ermənistan çalışıb ki, İsrail ilə Türkiyə arasındakı gərginlikdən istifadə etsinlər və “erməni soyqırımı”nın tanınması məsələsini irəli sürsünlər. Onların ən böyük uğuru “erməni soyqırımı”nın tanınması məsələsinin keçən ay parlamentdə müzakirəyə çıxarılması oldu. Lakin çox cüzi miqdarda səs toplandı. Böyük əksəriyyət “erməni soyqırımı”nın tanınmasının əleyhinə səs verdi. 

İsrailin daxilində də müəyyən qədər əsəbi, ermənilərin tərəfində olan siyasətçilər ola bilər. Bu şəxslər fürsətbazlıq edirlər. Ancaq düşünmürəm ki, İsrail nə vaxtsa ermənilərin sözü ilə “erməni soyqırımı”nı tanısın. Çünki yəhudilər özlərinə diqqət və hörməti çox yüksək tutan bir xalqdır. Onların fikrincə, dünyada soyqırıma məruz qala bilən tək xalq yəhudilərdir. Yəni, onlar erməni xalqını özlərinə tay qoşmazlar. Eyni zamanda İsraildə siyasət praqmatikdir. İsraildə başa düşürlər ki, Türkiyə ilə düşmənçilik münasibətləri Yaxın Şərqdə siyasətqurmalarına mane olar. Həmçinin indiki gərginliyə Ərdoğanla indiki İsrail höküməti arasındakı  münasibətin bir epizodu hesab edirlər”. 

Картинки по запросу əhəd məmmədli

Əhəd Məmmədli: “Azərbaycan İsrail münasibətlərində mənfiyə doğru hər hansısa gedişat görmürəm”.


Azərbaycanın İsrail üçün vacib ölkə olduğunu qeyd edən politoloq Əhəd Məmmədlinin fikrincə, İsrail bir “erməni soyırımı”na görə öz siyasi gedişatında dəyişiklik etməyəcək:

“İsrail heç vaxt “erməni soyqırımı”nı tanıyan deyil. Bunun bir neçə səbəbi var. Əvvəla yəhudilər iddia edirlər ki, dünyada yalnız onlar soyqırıma məruz qalıblar. Və ona görə bu məsələdə ermənilərə kömək edən deyillər. Yəhudilərlə ermənilər tarixdə həmişə bir-biri ilə rəqabət aparıblar. Bu iki xalq bir-birlərinə çox bənzəyirlər.  Ona görə  də bir-birlərini heç vaxt sevməyiblər. Üstəlik əlbəttə ki, Azərbaycan faktoru var. Azərbaycan İsrail üçün həmişə önəmli ölkə olub və olacaq. Yəhudilərin tarix boyu yaşadığı ən təhlükəsiz ölkə Azərbaycan olub. Yəhudilər İsraildən də daha çox Azərbaycanda özlərini təhlükəsiz hiss ediblər. Həmçinin Azərbaycan İsraillə müsəlman dünyası arasında bir körpüdür. İsrail heç vaxt bu körpüdən vaz keçməz. Azərbaycan İsrail münasibətlərində mənfiyə doğru hər hansısa gedişat görmürəm”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar