Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsidentində adı hallanan direktorla bağlı hələ yekun qərar verilməyib



Yanvarın 19-da Hövsanda 118 saylı orta məktəbin direktoru Qardaşxan Səlimovun hərəkətlərinə qarşı keçirilən aksiyadan sonra bu qəsəbədə sakitlik hökm sürür


PİA.AZ bildirir ki, bu barədə musavat.com-a qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Bakı Şəhər Təhsil İdarəsinin qərarı ilə direktor müvəqqəti olaraq, məktəbdən uzaqlaşdırılıb. 

Qeyd edək ki, hadisə zamanı ölən 21 yaşlı gənc Elmar Əliyevin ailəsi ilə bağlı da məlumat aldıq. Sakinlər bildirdilər ki, ailəsi Elmarın ölümündə heç kimi günahkar bilmir. Çünki aksiya könüllülük əsasında təşkil olunub və Elmar öz istəyi ilə orada olub. 

Hadisənin səs-küyü səngisə də, sakinlər arasında məlum hadisələrin müzakirələri hələ də davam edir. Baş verənlərlə bağlı ittiham edilən tərəflər müxtəlifdir. Ancaq böyük çoxluq direktoru günahkar bilərək, onun vəzifədən uzaqlaşdırılmasını tələb edir. 

Məktəb direktorunun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən  bildirildi ki, direktor müvəqqəti olaraq, məktəbdən uzaqlaşdırılıb, hadisə ilə bağlı müxtəlif qurumlar tərəfindən araşdırma aparılır. Bu səbəbdən də, ətraflı məlumat araşdırmanın nəticələri bəlli olduqdan sonra veriləcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar