Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mustafayev Təhsil nazirliyinin «pul kisəsi»dir?


İlham Mustafayev şöbə müdirinin müavinliyindən kənar restoranlar «kralı» kimi ad çıxarıb


Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra böyük əksəriyyət Misir Mərdanovdan qalma komandanın tamamilə işdən uzaqlaşdırılacağını düşünürdü.

PİA.AZ jam.az-a istinadən xəbər verir ki, həmin vaxt bəzi addımlar atan yeni nazir bir sıra kadr dəyişikliyi etdi. Hətta struktur dəyişikliyi də diqqəti çəkdi. Amma köhnə komanda ilə bacarmaq mümkün olmadı.

Qeyd edək ki, həmin vaxt işdən çıxarılacağı gözlənilən şəxslərdən biri Ali v? orta ixtisas t?hsili sob?sinin mudiri Ilham Mustafayev idi. Düzdür, onu vəzifəsindən azad etdilər. Amma ardından islahat nəticəsində birləşdirilmiş Elm, ali v? orta ixtisas t?hsili sob?sin? müdir müavin təyinatı aldı. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, İlham Mustafayev heç də kiçik fiqur deyil və onun yetərli qədər maliyyə imkanları var. Bundan əlavə, o, uzun müddət Təhsil Nazirliyinin «pul kisəsi» olaraq ad çıxarıbmış. Həmin bilgilərdə qeyd olunur ki, şöbə müdirinin müavini faktiki olaraq Təhsil Nazirliyində də böyük söz sahibləri sırasındadır. Çünki nazirliyin bir sıra maliyyə işlərini məhz Mustafayevin həll etdiyi iddia olunur. 

Əslində, İlham Mustafayevin belə bir ad çıxarmasına qəribə yanaşmaq olmaz. Ona görə ki, sözügedən şəxs uzun illər orta və ali məktəbləri kurasiya edib və onun dediyi sözün qarşısında duran olmayıb. Bu səbəbdən də tələbə köçürmələri, imtahanların yazılması və ya orta məktəblərə nəzarət funksiyaları adıçəkilən şəxsin geniş maliyyə imkanları əldə etməsinə gətirib çıxarıb. 

Amma Mustafayev bununla da kifayətlənməyib və imkanlarını da daha genişləndirmək qərarına gəlib. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Təhsil Nazirliyinin rəsmisinin Şıxov çimərliyi yaxınlığında «Qızıl Balıq» adlı restoranı fəaliyyət göstərir. Onun Bakıda daha bir neçə restoran və bahalı kafelərinin olduğu da verilən məlumatlar sırasındadır. 

Həmçinin İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası və restoranları fəaliyyət göstərir. 

Hərçənd sözügedən şəxsin adı bu yaxınlarda başqa bir qalmaqala qarışıb. Ki, bu da vəzifəyə qoyulma prosesi ilə bağlıdır. Məsələn, iddia olunur ki, İlham Mustafeyv peşə məktəblərindən birinin direktorunu daha yüksək posta gətirəcəyini vəd edib və müqabilində bəzi şeylər istəyib. Həmin direktorun adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən açıqlamırıq. Amma maraqlı məqam odur ki, Təhsil Nazirliyinin rəsmisi verdiyi vədin müqabilində həmin peşə məktəbinin rəhbərini aldadıb. 

Bildirək ki, İlham Mustafayevlə bağlı məlumatlar bununla yekunlaşmır. Və onun daha ciddi işlərdə əli olduğu, bir sıra qaranlıq işlərə qarışdığı, habelə bir sıra universitetlərlə şərikli işlədiyinə dair də bilgilər var. Onlarla bağlı araşdırmamız davam edir və yeni nəticələr olduqca ictimaiyyətə açıqlanacaq. 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar