Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının qardaşı vəzifə alverinə çıxıb

Məmmədov qardaşları Səhiyyə naziri Oktay Şirəliyevin adından alverə başlayıblar


Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini un qardaşı Şahin Məmmədov Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini hərraca çıxarıb.

Bu barədə məlumat AzFakt.com saytına Ağdamdakı mənbələrdən daxil olub. Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qardaşı vasitəçiliyi hazırda vakant olan Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinin ilkin qiymətinin 170 min dollar olduğunu elan ediblər.

Ayrı-ayrı mənbələrdən daxil olan məlumata görə rayon icra başçısı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla qardaşı, Yevlax rayon polis şöbəsinin rəis müavini Şahin Məmmədov Səhiyyə naziri Oktay Şirəliyevin adından alverə keçiblər. Belə ki, keçən ilin dekabr ayının sonunda vəzifəsindən çıxarılan Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın kürsüsü hələki boşdur. Saytımıza məlumat verən mənbələrin sözlərinə görə icra başçısı Raqub Məmmədov qardaşı Şahin Məmmədovun vasitəsi ilə rayon  Səhiyyə İdarəsinə müdiri olmaq istəyənlərə  artıq ilkin qiyməti çatdırıb. Baş həkim olmaq istəyən kəs icra başçısına 120 min Səhiyyə naziri Oktay Şirəliyevə isə 50 min dollarından verməlidir.

Maraqlı məqamlardan biri isə Şahin Məmmədovun məhz Səhiyyə nazirinin adından danışmasıdır. İcra başçısının qardaşı baş həkim olmaq istəyənlərə açıq şəkildə deyir ki, “nazirə50 min dollar çadırılmalıdır və həmin pulu nazirliyə Raqub Məmmədov çatdıracaq”. Mənbələrimiz bildirir ki, bir vaxtlar manatla iş görən Məmmədovlar qardaşı ikinci devalvasiyadan sonra dollara keçiblər. 

Qeyd edək ki, Ağdam rayon xəstəxanasının baş həkimi Gülnar Abbasovanın Milli Məclisə YAP-tərəfindən namizədliyi irəli sürüləndən sonra icra başçısı Raqub Məmmədovun adamları tərəfindən  açıq aşkar təzyiqlərə məruz qalmışdı. Baş həkim özü bu barədə mətbuata açıqlama verərək Ağdam rayon Yeni Azərbaycan Partiyasının  səlahiyyətli şəxslərinin ona müxtəlif problemlər yaratdıqlarını bildirmişdi. Seçkilərdən sonra isə Gülnar Abbasovanın vəzifəsi ilə vidalaşacağı söz söhbətləri rayonda gəzirdi. Dekabr ayının sonunda isə Raqub Məmmədov baş həkimi vəzifəsindən çıxardıb. 

Məlumatda qeyd olunur ki, hazırda rayon xəstəxanasının baş həkimi olmaq üçün üç namizəd var. Lakin Raqub Məmmədov hələ ki qərarını vermir. İddiaya görə icra başçısı məzənnəni qaldırmaq və ona daha cəlbedici təklif edilməsini gözləyir. Belə bir hal rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat zamanı da baş vermişdi. Bundan öncə rayon təhsil şöbəsinin müdiri vəzifəsini 6 aya yaxın boş saxlatdıran icra başçısı sonda isə ona istədiyi hesabı verən Quzanlı qəsəbə uşaq bağçasının müdiri Mətanət Misirxanovanı şöbənin müdiri təyin etdi. Mətbuata yazılan xəbərlərə görə M.Misirxanova Ağdam rayon Təhsil şöbəsinin müdiri olmaq üçün Raqub Məmmədova 300 min manat verib. 
 
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar