Xəbər xətti

24 YANVAR

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 Beynəlxalq Bankla bağlı hesabatların gizlədilməsinin ilginc təfərrüatları

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

16:51 “Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

16:45 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

16:13 59 yaşlı kişi fermada özünü asdı

16:05 Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

16:00 İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

15:55 Gözəl Bayramlıya 4 il həbs tələbi

15:49 71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

15:43 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

15:37 PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...

15:32 Bakıda tikinti xaosu

15:26 Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” əməliyyat - Ermənistan planını açıqladı

15:20 Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

15:14 Rabitə sektorunda yeni işdənçıxarma dalğası – Təfərrüat

15:07 Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı

15:00 “Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi”

14:51 Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

14:45 Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

14:40 Duterte əmr verdi: “Məni güllələyin!”

14:34 “Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur”

14:31 Davos forumu ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir?

14:26 Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

14:21 Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

14:16 Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

14:11 BMT: Ötən il 56 sülhməramlı həlak olub

14:06 QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

14:02 Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

13:57 Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur - Araşdırma

13:51 Vilayəti Qərbin yeni hədəfini açıqladı

13:46 Qadınlara halal kişi tapan molla

13:40 Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu

13:35 Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

13:29 Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:16 Azərbaycanda maşınların qiyməti bahalaşdı - Rəqəmlər

13:10 BVF: Azərbnaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

13:05 Neymar ən yaxşı oyunçu seçildi

12:59 Bir sıra yüksək vəzifələr boşdur - Siyahı

12:53 “Bu, Azərbaycana qarşı təhqirdir”

12:47 “Türkiyə Afrin əməliyyatı ilə Rusiya və İranın Suriya planlarını pozdu”

12:40 Vitse-prezident istefa verdi – “Azərsu” ASC-də dəyişiklik



CƏMİYYƏT

...

Hər gün milyonçu olan, Trampla yarışa girən, qeybə çəkilmiş azərbaycanlı – Bir süqutun tarixi

Tarix 13.11.17, 16:36

Font ölçüsü : - / +
bitmap-img6

...Bir dəfə məclislərin birində belə demişdi: "Mənim oğlum Fransada yaşayır, İsveçrədə olur tez-tez. Amma heç vaxt doğma vətənini unutmur, patriotdur. Onun telefon zənginin melodiyası bilirsiniz necədir? "Bakılı balasıyam"


***
 
Nə özünün, nə də oğlunun patriotluğunu heç kim görməmişdi bu illər ərzində. Amma onminlərlə azərbaycanlı onun qurduğu "dövlət"də ona pul qazandırırdı. Ruslar Moskva metrosunun "Çerkizevo" stansiyası yaxınlığında yerləşən bazara "Çerkizon dövləti" deyirdilər. Hə, məhz dövlət içində dövlət. Bu dövlətin ərazisi 234 hektar idi. Hər gün, məhz hər gün bu dövlətin ərazisinə 1 milyon insan girib-çıxırdı. Gündə 1 milyon dollar pul götürürdü bu bazardan. Təbii ki, hamısı özünə qalmırdı. Elə olsaydı, 1993-cü ildən 2009-cu ilə qədər rəhbəri olduğu "Çerkizon"dan əldə etdiyi varidat Bill Qeytsi çoxdan ötüb keçmişdi. Hələ onun digər ticarət obyektləri və saysız-hesabsız restoranlarını demirik.
 
***
 
Gün gəldi, onun qurduğu dövlətin süqutu yetişdi. Əvvəl "Çerkizon", tədricən isə digər iri obyektləri əlindən çıxdı. Banklara olan milyardlarla borcu onu müflis etdi. Növbə həyatının mənası hesab etdiyi Antalyadakı 7 ulduzlu "Mardan Palas"a çatdı. Bu hələ harasıdır? Qardaşı sui-qəsddə ittiham olunaraq həbsə atıldı. Və nəhayət,  ötən həftəsonu özü barəsində də Moskva şəhər məhkəməsi qiyabi həbs qərarı çıxardı. İndi harada olduğu da bilinmir. Amma vaxtıyla bircə zəngiylə Cenifer Lopesdən tutmuş Monika Beluççiyə kimi ulduzlar onun ayağına gələrdi. Onun, yəqin bildiniz, Telman İsmayılovun. Hamının "AST Telman" kimi tanıdığı Göyçay kökənli yarı türk, yarı yəhudi iş adamının.
 
***
 
61 yaşı bir neçə gün əvvəl tamam olub, Telman Mərdan oğlunun.
 
Mərdan kişinin 12 uşaqlı ailəsində 10-cu övlad idi. Atası Mərdan türkdür, anası Pəri xanım isə dağ yəhudilərindəndir. Mərdan kişi çox imkanlı adam olub sovetlər dönəmində. Yəni Telman pul-para dərdi çəkməyib. Deyilənə görə, 14 yaşından atasının gizli biznesinin mühasibatlığını aparmış. 18 yaşında isə o, artıq atasının sahibi olduğu Azərbaycanda yeganə komisyon dükanının direktoru olur.
 
1973-cü ildə Azərbaycanın Xalq Təsərrüfatı institutunda (hazırkı İqtisad Universiteti) təhsil almağa başlayır. Amma iki il sonra Moskvaya Plexanov adına Xalq Təsərrüfatı institutuna köçürülür. Buranı isə 1980-ci ildə başa vurur.
 
80-lərin sonuna doğru SSRİ-də kooperativ hərəkatı başlayanda ilk kommersiya təşkilatını yaradır.
 
Yeri gəlmişkən, həmin vaxt Moskva şəhər icraiyyə komitəsində kooperativ fəaliyyət üzrə komissiyanın sədri vəzifəsində çalışan Y.Lujkov ilə tanış olur. Öz biznesini kütləvi istehlak malları üzərindən qurmağa başlayır.
 
1989-cu ildə "AST Şirkətlər qrupu"nu yaradır. "AST" oğlanları və özünün adlarının mənasını verir: Alekper, Sarxan və Telman. Bir neçə ildən sonra "AST Qrupa" nə qədər şirkət daxil olsa yaxşıdır? Düz, 31 şirkət. Bura adında AST olan tikinti şirkətlərindən tutmuş nəşriyyatlara, otellərə, restoranlara qədər xeyli qurum daxil idi. Hamısını da yaxın ətrafı idarə edirdi. Bacısı oğlanları, qardaşı uşaqları, eləcə də öz oğulları.
 
"AST" qrupunun illik dövriyyəsi 3 milyarda çatmışdı zaman-zaman.
 
 
***
 
Amma böyük biznesə 500 min dollarla başlamışdı. 1993-cü ildə elə məhz həmin o Lujkovun dəstəyi ilə Moskva Bədən Tərbiyəsi İnstitutuna məxsus ərazidə "Çerkizovo" bazarını yaradandan sonra varidatı günbəgün artmağa başladı. Ta ki 2009-cu ilə qədər. Və günlərin bir günü rəsmi Kreml "Çerkizon" adlı dövlətin varlığına son qoymaq qərarına gəldi. Rəsmi səbəb kimi "Çerkizevo" bazarında milyonlarla dollarlıq saxta Çin malının satıldığı, vergidən gizlənmə və sairə əsaslar göstərilirdi. Amma bunlar sadəcə rəsmiyyət idi. Təsəvvür edin, gündə bir milyon nəfərin axışdığı bazarda onsuz da əsasən Çin malları satılır, piştaxtalarda nə qədər malın satıldığı isə heç vaxt rəsmiləşmirdi. Burada başqa bir səbəb vardı. Hə, söhbət ondan gedirdi ki, maliyyə böhranı yaşayan Rusiyada qazandığı pullarla İsmayılov Türkiyədə atasının adını daşıyan və  dəyəri 1 milyard 200 milyon dollar olan "Mardan palas tikdirirdi. Yəni bu qədər pul Rusiyadan Türkiyəyə axmışdı. Putin isə bunu ona bağışlaya bilməzdi.

***
 
Telman İsmayılovun məşhur bir ifadəsi var: "Biz 1 rublu yeyir, 3-ünü isə veririk".

Görünür bu acı həqiqəti o sonradan başa düşmüşdü.
 
Müsahibələrin birində deyir: "Bir zamanlar "AST" - otel, restoran, icarə, ticarət və digər müxtəlif biznes növləri ilə məşğul olan və 30-dan çox şirkəti birləşdirən böyük holdinq idi. Hazırda holdinq mövcud deyil. Şirkətlərim əsas aktivlərimi girov qoymaqla “Bank Moskva”dan kredit alıblar. Mən zamin idim. "Çerkizov" bazarı bağlandıqdan sonra mənim üçün “Bank Moskva”ya krediti qaytarmaq və faizləri ödəmək çətin oldu. Lakin bankla münasibətlər çox konstruktiv olub. Bu banka 50 milyon dollar əsas borc və 70 milyon dollar faiz ödəmişdim. Bank üç binamın onlarda girovda olduğunu bildiyindən mənimlə görüşməyə və kreditin qaytarılması ilə bağlı problemin həllinə hazır idi. Amma sonrada bank güc yolu ilə daşınmaz obyektləri zəbt edib. Ədalətsizlik ondadır ki, bankın zəbt etdiyi binalar hər ay sabit olaraq 1 milyon dollara yaxın gəlir gətirirdi".
 
Təsəvvür edin, ayda bir milyon dollar. Təkcə 3 binadan. Və ardınca da istehza.
Vaxtıyla azərbaycanlılara külli miqdarda pul qazandırdığını deyir. Üstəlik də əlavə edir: "Azərbaycanlılar “Çerkizov” bazarında ticarət edərək pul qazana bilirdilər. Amma indi Türkiyədə əsrarəngiz “Mardan Palace” otelində çox gözəl dincəlmək imkanı əldə ediblər”.
 
Müflisləşməsini özünə dərd də eləmir. Deyir, vaxtıyla ABŞ prezidenti Donald Tramp da müflis olub, amma sonra özünü dirçəldib. Və ardınca da görün nə deyir: "Amerikada olarkən Tramp məni evinə dəvət edib. O zamandan bizim uşaqlarımız dostluq edirlər və bir-birilərinə qonaq gedirlər".
 
Bax, buna inanmaq bir qədər çətindir. Həm də şübhəli.
 
***
 
Vəkillərindən biri bir dəfə özü də istəmədən müsahibəsində "quşlamışdı".
 
Sitat: "Mardan Palace"ın tikintisi vasitəsilə Telman İsmayılovun öz kapitalını Rusiyadan çıxarması faciə deyil. Bir çox oliqarxlar futbol, basketbol komandaları almaq adı altında sərvətlərini ölkədən çıxarırlar. Telmanın Soçini yox, Antalyanı seçməsi sırf iqtisadi göstəricidən qəbul edilmişdi. O zaman olimpiadanın Soçidə keçiriləcəyi məlum idi və biznesmenlər bu imic-proyektində iştirak etmək üçün mübarizə aparırdılar. Yəni Soçidəki obyektlərdən gəlir götürmək uzun illərdən sonra məlum olacaqdı. Telman İsmayılov bunu bilirdi və daha tez gəlir gətirəcək Antalya proyektini seçdi və ağlına da gəlməzdi ki, Putin bunu ona bağışlamayacaq".
 
***
 
O özü isə bağışlamağı xoşlayırdı. Elə hesab etməyin ki, hansısa azərbaycanlı tələbənin təhsil haqqını ödəyirdi. Ya kimsəsiz bir yetimə ev bağışlayırdı. Qətiyyən. O, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirmişdi. Türkiyə estradasının ulduzlarından olan Sibel Cana ev bağışlamışdı. Avraam Russonun sponsoru idi. Meray Kerriyə brilyantla bəzədilmiş mikrofon hədiyyə etmişdi. Teleaparıcı İvan Urqanta isə "Porşe Kayen".
 
Oğlanları Ələkbər və Sərxan Cenevrədə dostlarıyla bircə qəza törədəndə isə bilirsinizmi hansı avtomobillərdə olmuşdular və elə həmin avtomobilləri də tullayıb getmişdilər: Bugatti Veyron, Mercedes McLaren, Porsche Cayenne Turbo i Lamborghini Murcielago. Toplam qiyməti milyonlarla dollar.
 
Şəxsi kolleksiyasında bilirsinizmi nə qədər bahalı saat var? Birini elə həmin Lujkov bağışlayıb, dəyəri 1 milyon 500 dollar olduğu saatdır. Ümumilikdə isə 2 min eksklüziv saat. Adamın vur-tut iki qolu var axı...

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru