Bakı şəhər sakini Göygöldə yıxılaraq ağır xəsarət alıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Fazil İbrahimov usta kimi çalışdığı Göygöl rayonunda dəmir kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb.
Müxtəlif bədən xəsarətləri alan F. İbrahimov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az