Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəzail Ağamalı: “İcra başçıları xalqın yanında olmalıdır”


Xəbər verdiyimiz kimi, iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı Modern.az-a açıqlamasında Gəncənin icra başçısının və mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalmasına münasibət bildirib.

“Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisə hüquq-mühafizə  orqanları tərəfindən mütləq araşdırılacaq və məsələnin mahiyyəti ortaya qoyulacaq. Ancaq  bura qədər keçilən yol var. Bu yol olmamalı idi. Məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi”.

Fəzail Ağamalı baş vermiş olayın fonunda icra başçılarının cangüdənlə gəzməsinə etiraz edib.

“Hətta cinayətkarın özü ilə də elə davranmaq lazımdır ki, cinayətkar belə bu addımı atmasın. Dövlət məmurunun da bacarığı, qabiliyyəti ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim. Hər halda,  məsələnin nəticələri mənim üçün də maraqlıdır ki, nə üçün belə hal baş verib. İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisənin  nəticələrini gözləyək”.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar