Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədova yaxın kadrlar məhkəməyə çəkilir

9 şirkət və bir fiziki şəxs Lokal Gəlirlər Departamentini məhkəməyə verib


Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən azad edildikdən sonra onun illər ərzində törətdiyi qanunsuz əməllərə görə cavab verməsi məsələsi də gündəmə gəldi. 

İlk günlərdən belə məlumatlar var idi ki, F. Məmmədov səhhəti ilə bağlı deyil, sırf yarıtmaz fəaliyyətinə, sahibkarlara qan uddurulduğuna görə vəzifədən alınıb.

Daha sonra isə sabiq nazirin vəzifədə olduğu müddət ərzində dəyəri milyard manatlarla ölçülən mal-mülkə sahibləndiyi, dövlətdən, xalqdan oğurladığı pulların 1 milyard manatını xaricə çıxara bildiyi də faktlarla ortaya çıxarıldı, konkret ünvanlar göstərildi. Əlbəttə, bu iqtisadi və maliyyə xəyanətlərinin qarşılığında onun sərbəst buraxılacağı, yaxud da özünün can atdığı kimi, səfir postuna təyin ediləcəyini düşünmək sadəlövhlükdür. Əksinə, Fazil Məmmədov üçün başqa “sürpriz”lər hazırlanır. Görünən budur ki, onun həbsi üçün artıq hüquqi baza formalaşır.

Belə ki, Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. “APA-Economics”in məlumatına görə, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Musavat.com-un məlumatına görə,  Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar,  dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Məlumata görə,  bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Və buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib. Bu baxımdm məhkəməyə də Fazil Məmmədova yaxın kadrların cəlb olunacağı gözlənilir. İşdən çıxarılsalar belə…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar