Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evlilikdən əvvəl birgə yaşamaqdan qorxanlar


Ayvaz Ayvaz yazır


Bizdə tarixən münasibətlər düzgün qurulmayıb. Hamı bir-birindən ehtiyat edir, qorxur. Bir yerdə olmaq, yaşamaq müşkülə dönür. Özü də cəmiyyət bu birgəliyə razılıq verməyəndə lap çətin.
 
Bir qızla bir oğlanın evlilikdən əvvəl birgə yaşaması nə böyük qəbahətdir? Onlar bir-birilərini sevirlər, dünya nüfuzunu ikinəfərlik hesab edirlər. Bizim cəmiyyət isə həmin iki gənci ordan qovur, burdan qovur. Axırda faciələr üst-üstə gəlir. Biri qarajda partlayır, o biri transformatora çarpılır, bir digəri isə... adamın deməyə dili gəlmir.
 
Ən çətini də qızlar üçündür. Biz axı kişi cəmiyyətiyik. Düşünür ki, kişiyə hər şey olar. O, kişidir, istəyər evlilikdən əvvəl birgə yaşayar, istəyər evlilikdən sonra. Onun üçün nə fərqi var ki? Bakirəlik problemi yoxdur onlarda. Sabah evə “başıaşağı” qayıtmayacaq.
 
Onun yerinə bir qızı düşünün. Birgə yaşayışa razılıq verib, ancaq hər an qorxu içindədir, səksəkədədir, birdən ailəsindən, qohumlardan kimsə görüb eləyər. Bakirəliyini ciddi-cəhdlə qoruyur. Çünki başqa çarəsi də yoxdur. Cəmiyyət yırtıcı heyvan kimi onun üstünü kəsdirib. Bir qızın evlilikdən əvvəl birgə yaşayışa razılıq verməsi çox çətin başa gəlir. Bu çətinliyin dozası da hər gedən gün daha da artır. Onun özünü qoruması həyatının amalına çevrilir.
 
Nə qədər amansızdır, elə deyilmi? Halbuki dünyanın inkişaf etmiş ölkələrində evlilikdən əvvəl birgə yaşamaq normal haldır. Hətta sən bunu böyüdərək danışsan, gülərlər. Yəqin Azərbaycan dilini bilən bir ingilis bu yazını oxusa qarnını tutub şaqqanaq çəkər. Amma bu bizim üçün vacibdir. Vacib, həm də çox qəliz.
 
Biz sənəd olmadan birgə yaşaya bilmərik. Gərək əlimizdə təsdiqimiz olsun. O sənədi anamıza, atamıza, qohum-əqrəbaya göstərib Qıl körpüsündən keçək. Sonra da dörd divar arasına gir, tanımadığın, huyuna-suyuna bələd olmadığın bir adamla yaşa görüm, necə yaşayırsan? Yaşamaq olarmı belə? Mümkündürmü?
 
Qətiyyən. Boşanmaların, davaların səbəbi məhz evlilikdən əvvəl birgə yaşayışın olmamağından yaranır. Aqressiyamız artmaqda davam edir bununla. Bir-birimizə güvənimiz sarsılır. Yəqin ki, hamı evlənəcəyi adamı tanımaq istəyər. Ancaq onu tanımadan bir yerdə yaşamağa məcburdur. Bu cümlə qədər kədərlidir bizim münasibətlərimiz. Ardınca depressiya, dəhşətli əzablar, faciələr gəlir. Sonra əlimiz qoynumuzda dərin fikirlərə qərq oluruq: Axı niyə belə oldu? Səbəb isə evimizin içində bardaş qurub oturub. O səbəbə toxunan, tozunu alıb təmizləyən yoxdur. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar