Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda anti-Rusiya ritorikasının arxasında nə durur?


“Bu gün Yeravanın siyasi çevrələrində Ermənistanın gələcəyi ilə bağlı siyasi “pat” vəziyyəti yaranıb”


“Müəyyən reallıqlardan biri odur ki, mövcud Yeravan hakimiyyətinin yeritdiyi siyasət nəticəsində Ermənistan təcrid olunaraq əsasən Rusiyanın “nəfəs borusu” hesabına ayaq üstə qala bilir”.

Bu sözləri politoloq Adgözəl Məmmədov Ermənistan mətbuatında geniş vüsət alan anti-Rusiya çağırışlarını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, son zamanlar Ermənistan cəmiyyətində və mətbuatında anti-Rusiya çağırışları hiss olunacaq dərəcədə artmaqdadır. Zaman-zaman Rusiyanın Ermənistanın siyasi və sosial-iqtisadi həyatına birbaşa müdaxilə etməsi Ermənistan cəmiyyətində qıcıq yaradır. Qərbyönümlü, hakimiyyətdəki Sarkisyan rejiminə müxalifətdə olan KİV-lər və hakim rejimə müxalifətdə olan partiyalar Yeravanın Rusiyadan uzaqlaşaraq Qərbyönümlü siyasət yürütməsini və Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması tələbi ilə çıxış edirlər. Hətta bir müddət əvvəl Ermənistan parlamentindəki müxalifət fraksiyası “ELK” Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması ilə bağlı parlamentə layihə ilə çıxış etmişdi və bu layihə Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb olmuşdu.  Ekspertlər bunu regionda gedən geosiyasi proseslərin intensivləşməsi və Qərb dövlətlərindəki erməni diasporasının Sarkisyan hakimiyyətinə təzyiqi ilə izah edirlər. 

Qərb dövlətlərindəki erməni diasporunun dəstəyilə Ermənistanda Rusiya-Qərb qarşıdurmasının yaranması ehtimalı varmı və Ermənistan rəhbərliyinin erməni diasporasına qarşı açıq cəbhə alması gözlənilə bilərmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adgözəl Məmmədovun fikirlərini öyrənib.

Image result for adgözəl məmmədov

Adgözəl Məmmədov: “Dünya erməni diasporasının aparıcı üzvlərinin regiona baxışı heç də Sarkisyan siyasətindən fərqli deyil”.


İndiki vəziyyətdə Ermənistan-Rusiya münasibətlərinin normallaşması istiqamətində hələ ki, elə bir ciddi niyyətlərvə ya geopolitik konstruksiyaların olmadığını bildirən politoloq Adgözəl Məmmədova görə, bu məsələdə erməni diasporasının gücü zəifdir:

“Həqiqətən də son zamanlar Ermənistan siyasətçiləri arasında anti-Rusiya ritolikaları artıb  və Kremlin Ermənistan üzərindəki siyasətini tənqid geniş ictimai müzakirələrə çıxarılır. Bu baxımdan son zamanlar belə çıxışların nəticəsi olaraq Ermənistan cəmiyyətində anti-Rusiya mövqeyində olan fikir daşıyıcıları artmaqdadır. 

Müxalif siyasətçilərin anti-Rusiya mövqeyində durmalarının bir neçə səbəbi var. Onlar əsasən Kremlin Ermənistanın daxili və xarici siyasətində dominat faktor kimi çıxış etməsinə qarşı çıxırlar. Həqiqətən də Ermənistan iqtisadiyyatını formalaşdıran strateji müəssisələrin çoxu Rusiya şirkətlərinin nəzarətləri altındadır. Eyni zamanda da Ermənistanda yerləşən Rusiyanın hərbi bazası yuxarıda qeyd etdiyim siyasətçiləri narahat edən digər səbəblərdən biridir.Burada birdə psixoloji amil var. Belə ki, yerli Ermənistan siyasətçiləri ilə Xankəndindən çıxan erməni siyasiləri arasında barışmaz qarşıdurmanın olmasıdır. Ermənistan siyasiləri ilə bunların başında Levon-Ter Petrosiyan gəlir ki, onun da  Sarkisyan-Koçaryan qruplaşması ilə ziddiyətləri fonunda Rusiya faktoru yenidən gündəmə gətirilir.  

Adgözəl Məmmədov: “Ermənistan kardinal siyasətində dəyişiklik etmək üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması lazımdır”.


Daha çox dünya erməni diasporasına bağlı olan Petrosyan qanadı Xankəndindən çıxan və Ermənistan siyasi hakimiyyətini ələ keçirmiş Sarkisyan dəstəsinə Kremlin dəstək verməsini tənqid edir. Əslində burda müəyyən reallıqlardan biri də odur ki, mövcud Yeravan hakimiyyətinin yürütdiyi siyasət nəticəsində Ermənistan təcrid olunaraq əsasən Rusiyanın “nəfəs borusu” hesabına ayaq üstə qala bilir. Ancaq dünya erməni diasporasının aparıcı üzvlərinin regiona baxışı da heç də Sarkisyan siyasətindən fərqli deyil. Yəni, Ermənistan kardinal siyasətində dəyişiklik etmək üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması lazımdır.
 
Müşahidələr göstərir ki, onların belə niyyətləri yoxdur. Bu barədə heç ipucu da vermirlər. Yəni, əvvəlki siyasətlərindən bir addım da geri addım atmırlar. Türkiyəyə qarşı qondarma soyqırım və  Azərbaycana qarşı da torpaq iddiaları hələ də davam edir. Onda belə bir sual yaranır: Errməni diasporası Ermənistanda Rusiyanın təsirini azaltmaq üçün hansı siyasi və geopolitik konstruksiyalardan istifadə edəcəklər? 

Əslində onların münasibətlərinin normallaşması istiqamətində hələ ki, elə bir ciddi niyyətləri və ya geopolitik konstruksiyaları yoxdur. Həqiqətən də bu gün Yeravanın siyasi çevrələrində Ermənistanın gələcəyi ilə bağlı siyasi “pat" vəziyyəti yaranmışdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar