Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan üçün “Kreml hesabatı” nə qədər təhlükəlidir?


Politoloq: “Rusiyaya siyasi-iqtisadi-sosial zərbələr dəydikcə bunu Ermənistan da hiss edəcək”


“Bu hesabat Rusiya Krımı anneksiya edəndə, Donbasın yarısını işğal edəndə verilməli idi. Artıq Rusiyada sanksiyalara qarşı bir müdafiə kəməri qurulub”.

Bu fikirləri politoloq Əhəd Məmmədli ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı hazırladığı “Kreml hesabatı”nın Ermənistana bilavasitə təsir imkanlarını PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı hazırladığı “Kreml hesabatı” rəsmi Moskvanın bütün iqtisadi-siyasi elitasını əhatə etdi. Bu siyahıda sadəcə Rusiya prezidenti Vladimir Putinin və ona az yaxın olanların adları yoxdur. Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov da siyahıya daxil edilib. Bu sənədin tam detalları açıqlanmayıb, lakin bəllidir ki, məqsəd Rusiyanı siyasi proseslərə təsirdən maksimum kənarlaşdırmaq, iqtisadi rıçaqlarını əlindən almaqdır. Ötən gün Rusiya prezidenti Vladimir Putin bu sənədlə bağlı fikrini bildirdi. O dedi ki, bu addım onsuz da mürəkkəb vəziyyətdə olan Rusiya-ABŞ münasibətlərini daha da çətinləşdirir, ümumilikdə, beynəlxalq münasibətlərə böyük zərər vurur.

Ermənistanın analitikləri isə ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı hazırladığı “Kreml hesabatı”nın Ermənistan üçün bilavasitə təsirləri olacaqlarını deyiblər. Analitiklər belə əsaslandırıblar ki,  bu siyahıya Rusiyada fəaliyyət göstərən erməni biznesmenlər, bu azmış kimi Ermənistan iqtisadi-siyasi həyatında nüfuz sahibi olan şəxslər də daxil edilib. Ermənistanın iqtisadiyyatda taleyi, kapitalının formalaşması da bu insanların davranışlarından asılıdır.

Bəs Rusiyanın forpostu olan Ermənistan üçün “Kreml hesabatı” nə qədər təhlükəlidir və Ermənistanın Qərbdəki mövqeləri gələcəkdə tətbiq olunacaq sanksiyalarla zəifləyə bilərmi?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Əhəd Məmmədli: “Ermənilər bic və vaxtında cəbhəsini dəyişən millətdir. Vaxtı ilə Türkiyəyə etdiyi xainliyi, Rusiyaya da edəcəklər”.


Rusiyaya görə Ermənistanın Qərbdə mövqelərinin zəifləsini düşünməyən politoloq Əhəd Məmmədli vurğulayıb ki, erməni lobbisinin Amerikada nə qədər güclü olmasınıda yaddan çıxarmayaq:

“Ümümiyyətlə bu hesabatın özünü Rusiyaya belə o qədər təhlükə saymıram. Çünki fikrimcə çox gecikmiş hesabatdır. Bu hesabat Rusiya Krımı anneksiya edəndə, Donbasın yarısını işğal edəndə verilməli idi. Artıq Rusiyada sanksiyalara qarşı bir müdafiə kəməri qurulub. Üstəlik neftin qiyməti də qalxmaqdadır, bu da neft ölkəsi Rusiya üçün əlavə üstünlükdür. 

Ruslar ilk sanksiyalar tətbiq olunduğu zamandan, yəni neftin ucuzlaşan dövründə qeyri-neft sektorunuda inkişaf etdiriblər, kənd təsərrüfatı və s. Üstəlik həmin yüksək məmur təbəqəsi çoxdan kapitallarını, bank hesablarını Qərb ölkələrindən çıxarıblar. Çünki belə bir hesabat gözlənilən idi və Rusiya dövləti də buna hazır idi. Ona görə deyirəm ki, bu hesabat Rusiya Krımı anneksiya edəndə verilməli idi ki, Rusiya bu gedişata hazırlıqlar görə bilməsin.

Ermənistana gəldikdə isə, bu ölkə Rusiyadan asılıdır. Rusiyaya siyasi-iqtisadi-sosial zərbələr dəydikcə bunu Ermənistanda hiss edəcək. Erməni ekspertlərinin narahatçılıqları aydındı. 

Qərbdə Ermənistanın mövqeyinə gəldikdə isə, düşünmürəm ki, Rusiyaya görə Ermənistanın Qərbdə mövqeləri zəifləsin. Belə olsaydı onda gərək Ermənistanın mövqeyləri çoxdan zəifləməli idi. Lakin buna rəğmən Rusiyanın forpostu Ermənistanla Avropanın da, Amerikanın da, ən azı Azərbaycan səviyyəsində münasibətləri var. Ermənistanın Fransa ilə münasibətləri də ən üst səviyyədədir. ABŞ-da isə erməni lobbisinin gücü hər kəsə məlumdur.

Beynəlxalq qanunlara zidd olaraq Qərb dövlətlərinin işğalçı Ermənistana olan münasibəti Qərbin ikiüzlü siyasətinin bariz nümunələrindəndir. Erməni lobbisinin ABŞ-da nə qədər güclü olmasını da yuxarıda qeyd elədim. Ermənilər bic və vaxtında cəbhəsini dəyişən millətdir. Vaxtı ilə Türkiyəyə etdiyi xainliyi, Rusiyaya da edəcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Ən çox oxunanalar