Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan çətin imtahan qarşısında - Türkiyədəki seçkilərin 5 mümkün ssenarisi

Qarşıdan gələn bazar günü türkiyəli seçicilər seçki məntəqələrinə üz tutacaqlar. İyunun 24-də həm Türkiyə parlamenti, həm də Türkiyə prezidenti seçkiləri keçiriləcək


2002-ci ildən iqtidarda olan Rəcəb Tayyip Ərdoğan və AKP üçün yeni seçkilər ən çətin sınaq olacaq.

Belə ki, iqtisadiyyatdakı problemlər və s. səbəblərdən seçkilərin nəticəsini əminliklə proqnozlaşdırmaq çətinləşib.

Rəy sorğuları Ərdoğanın və onun partiyasının rəqibləri qarşısında cüzi üstünlüyünü göstərir. Amma bu fərqin seçkilərə qədər hər an dəyişə biləcəyi də realdır.

Unutmayaq ki, 2017-ci ildə Türkiyənin prezident respublikasına çevrilməsi üçün keçirilən referendumda Ərdoğan çox cüzi fərqlə seçicilərdən “hə” cavabı almışdı. Həmin referendum səslərin saxtalaşdırılması, inzibati müdaxilə və s. kimi ölkə seçkilərinə xas olmayan ittihamlarla zəngin idi.

24 iyun seçkilərinin əsas intriqası Ərdoğanın elə 1-ci turda qələbə qazanıb-qazanmaması və Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisində çoxluğu saxlaya bilməsi ilə bağlıdır. Əgər prezidentliyə namizədlərdən heç biri 50% səs toplaya bilməsə, ikinci tur seçkiləri iyulun 8-nə planlaşdırılıb.

Əksər Türkiyə və Qərb ekspertləri Türkiyədəki prezident və parlament seçmkilərinin əsas 5 ssenarisini tərtib edib. Bu mümklün ssenarilərinə hər biri ölkə üçün çox taleyüklü olacaq.

Birinci ssenari – Ərdoğan ilk turda inamlı qələbə qazanır, AKP isə parlamentdəki mütləq çoxluğu əlində saxlayır. Aprel ayında növbədənkənar seçkilər elan edən zaman Ərdoğan ölkə müxalifətini çətin duruma salmaq arzusunda idi və hadisələrin məhz birinci ssenari əsasında inkişaf edəcəyinə ümid edirdi. Lakin reallıq ondadır ki, Türkiyə iqtisadiyyatı ləngiyir və müxalifət liderləri elektoratlarını yavaş-yavaş genişləndirirlər.

Eksepertlər əsas ehtimal kimi ikinci ssenarini önə sürüblər. Bu ssenariyə görə, Ərdoğan gözlənildiyi kimi, rəqiblərindən çox səs toplasa da, 50%-lik baryeri aşa bilmir və seçkilər ikinci tura qalır. Bu turda isə onun əsas rəqibi seçki kampaniyasını uğurla həyata keçirən Muharrem İnce prezidentlik kürsüsü uğrunda əsas rəqib olur. İkinci turda da qələbə şansı opponentrindən çox olan Ərdoğan istənilən halda, arzuolunmaz sürprizlərlə üzləşə bilər. Onlar arasında parlament seçkilərində deputat kürsülərinin azalması ola bilər.

Üçüncü ssenarini Ərdoğanın “Pirr qələbəsi” də adlandırmaq olar. Ərdoğan prezident olur, amma Böyük Millət Məclisində AKP çoxluğu itirir. Bu halda, Türkiyəni uzun illər davam edəcək qeyri-stabil siyasi situasiya gözləyir. Bu ssenari problemlərdən əziyyət çəkən ölkə iqtisadiyyatı üçün də yaxşı heç nə vəd etmir. Bu zaman artıq yeni seçkilərin keçirilməsi də vaxt məsələsi olacaq.

CHP-nin digər 4 müxalifət partiyası ilə təşkil etdiyi müxalifət blokuna daxil olmayan HDP-nin də seçkilərdə oynayacağı rol vacibdir. Partiyanın namizədi Selahettin Demirtaş həbsxanada olmasına baxmayaraq, seçki təbliğatını aparmaqda davam edir.

2015-ci ilin iyulunda AKP parlamentdə çoxluğu itirmişdi. Həmin vaxt Ərdoğan yeni seçkilər təyin etməklə problemi aradan qaldırmışdı.

Dördüncü ssenari Muharrem İncenin seçkilərin ikinci turunda qələbəsi və müxalifətin parlamentdə zəfər qazanması ilə nəticələnir. Bu etimalın doğrulması real görünməsə də, sürpriz nəticələrdən heç kim sığortalanmayıb. Dördüncü ssenarinin gerçəkləşməsi Ərdoğan epoxasının sonu deməkdir. İncənin qələbəsi ölkədaxili qüvvələr nisbətinin dəyişməsinə və son illər pisləşən xətlə gedən Türkiyə-Qərb münasibətlərində yeni üfüqlərin yaranmasına səbəb olacaq.

Beşinci ssenari isə kompromis xarakteri daşıyır və prezident seçkilərində müxalifətin, parlament seçkilərində isə iqtidarın qələbəsini nəzərdə tutur. Amma bu ssenari yuxarıdakı ssenarilərdən fərqli olaraq, Türkiyəni tam xaos və anarxiya vəziyyətinə sala bilər və arzulanan deyil.

Rəcəb Tayyip Ərdoğan iqtidarı ölkə həyatının demokratikləşməsi və iqtisadi inkişaf sütununun üzərində dayanır. Cəmiyyətin demokratikləşməsi məsələsi ilə bağlı Qərblə Ankara arasında ciddi fikir ayrılıqları var. Avropa Ərdoğanın ölkəni get-gedə daha sərt əllə idarə etdiyini düşünür. Qərb hesab edir ki, müxalifətə qarşı təzyiqlər və sərbəst toplaşma azadlığı sıxışdırılır.

Hazırki prezident və parlament çoxluğunu ayaqda saxlayan ikinci faktor – iqtisadi inkişaf da sual doğurur. Bütün çətinliklərə baxmayaraq, Ərdoğan hakimiyyəti önəmli infrastrukur layihələrini uğurla həyata keçirir. Belə ki, oktyabr ayında İstanbulda ildə 90 milyon sərnişinə xidmət göstərəcək 3-cü aeroportun açılışı olacaq.

Paralel olaraq, Mərmərə və Qara dənizi Bosfor boğazı ilə birləşdirən yeni kanalın çəkiliş də yekunlaşmaq üzrədir.

Amma medalın digər tərəfində reallaşmamış vədlər də var. Belə ki, gənclər arasında işsizlik hələ də yüksək səviyyədədir. Türk lirəsi artıq neçə aydır ki, dollar və avroya qarşı ucuzlaşır. Son 5 ildə lirə dollara qarşı 60%, avroya qarşı isə 50% dəyər itirib.

Ölkə vətəndaşları pul ehtiyatlarını avro və dollarda saxlamağa üstünlük verir. İqtidarın çağırışları da bu amili dəyişə bilməyib.

Türkiyə iqtisadiyyatına investisiyalar da azalaraq 2009-cu ilin səviyyəsinə düşüb. Ölkədən pul çıxarışları artıb. Təkcə 2017-ci ildə Türkiyəni 6 min milyonçu tərk edib. Bu göstəriciyə görə, Türkiyə Hindistan və Çindən sonra üçüncü pilləyə çatıb.

Bütün müsbət və mənfi faktorların cəmi Türikiyədə qarşıdan gələn prezident və parlament seçkilərininin nəticələrini qeyri-müəyyən edir.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar