Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Kərimlinin müşaviri istefa verdi


Şakir Abbasov: “Gəldiyimiz nöqtə ürəkağrıdıcıdır”


Oktyabrın 19-da AXCP rəhbərliyinin toplantısında istefa hadisəsi yaşanıb. Yenicag.az-a daxil olan məlumata görə, AXCP sədrinin müşaviri, Qarabağ qazisi, Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb.

Partiyanın tutduğu xəttlə fikir ayrılığının yarandığını bildirən Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini bildirib: “Mən AXCP-nin özəyini təşkil edən, AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. 

Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. Ancaq bilməyinizi istəyirəm ki, mən həmişə mübarizənin ön sıralarında olmuşam və bundan sonra da Azərbaycanın demokratikləşməsi prossesi uğrunda mübarizəni davam etdirəcəyəm”.

Sayta açıqlamasında Şakir Abbasov istefa etdiyini təsdiqləyib. Ş.Abbasov gələcək planları barədə məlumat vermək istəməyib.

Qeyd edək ki, Şakir Abbasov Milli Azadlıq Hərəkatının başlandığı zamandan bu mübarizənin öncülərindən biri olub. AXC hakimiyyəti dönəmində Füzuli rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ş.Abbasov həmçinin Qarabağ döyüşlərində fəal iştirakı ilə seçilib. Hazırki AXCP-nin rəhbərliyində təmsil olunan AXC qurucularından biri idi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar