Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov köçkünlərlə bağlı fərmandan danışdı - Video


““Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev Sərəncamı ölkə başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür”


Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 

Onun sözlərinə görə, Fərmanın 1.2-ci hissəsinin 1-1.-ci bəndinə əsasən, fərdi qaydada sayğacların quraşdırılması texniki baxımdan mümkün olmayan yerlərdə həm elektrik enerjisinə, həm qaza, həm də suya görə ödəniş 2017-ci ilin 1 yanvarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən əvvəlki qaydada və əvvəlki limitə uyğun olaraq ödəniləcək. Baş nazirin müavini əlavə edib ki, söhbət yataqxanalardan, pansionatlardan, yarımçıq tikililərdən gedir.

Qeyd olunub ki, Fərmanın növbəti bəndi qaz olmayan yerlərdə məskunlaşan məcburi köçkünlərə aiddir. Belə ki, Nazirlər Kabineti 3 gün ərzində limitləri müəyyənləşdirəcək və 15 gün ərzində qazlaşdırma proqramını və Azərbaycan prezidentinin aktlarını bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdrımaq üçün dövlət başçısına təqdim edəcək: 

“Elektrik enerjisinə görə limit müəyyənləşəcək və bu limit “Qaçqınkom” tərəfindən mərkəzləşmiş qaydada “Azərişığ”a ödəniləcək. Su, qaz isə yenə əvvəlki qaydalara uyğun mərkəzləşmiş qaydada ödəniləcək. Bu zaman elektrik enerjisinə görə limit dəyişəcək, çünki bu burada qaz yoxdur, tam sərfiyyat olur. bu işi başa çatdırmaq üçün “Qaçqınkom”, yerli icra hakimiyyətləri, işğal altındakı icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ciddi işləməlidir”.

Komitə sədrinin sözlərinə görə, dəyişikliyə əsasən komitə həmin kontigentin siyahısını, məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Əli Həsənov vurğulayııb ki, bu qəbildən olan insanların kompakt yaşadıqları obyektlərin sayı, ünvanı, adı, orda yaşayan əhalinin ümumi sayı var, amma əvvəlki qaydada 20 manat ödəmək üçün çox qısa müddətdə müvafiq qurumlar komitəyə adlı siyahı təqdim etməlidir: “Heç kimdə belə bir fikir formalaşmasın ki, nə üçün 20 gündən sonra fərmanda dəyişiklik oldu. Bu dəyişikliyin olacağı bilinirdi, dekabr ayında ölkə başçısı tərəfindən tapşırıq verilmişdi ki, xüsusən qaz olmayan yerlərdə yanvar ayında monitorinq aparılsın. Biz bu monitorinqi apardıq, sərfiyyat müəyyənləşdi. Biz artıq bilirik, bir adam və bütün ailə kommunal xidmətlərə görə nə qədər sərfiyyat edib. Prezident bunların hamısını yoxlayandan sonra yenidən məcburi köçkünlərə doğru bir addım atdı”.

Qeyd olunub ki, məcburi köçkünlərdə fərmana dair hansısa sual yaranarsa, onlar Komitənin 4312907, 4315159, 4300922, 5308237, 4300923 telefonlarına zəng edə bilərlər. 

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar