Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ebru Gündəş barədə “ağlama kampaniyası “

Müğənninin mal varlığı açıqlanır – Zərrabın bir çöpünə də yiyə durmayıb?


Rza Zərrab –Ebru Gündəş evliliyinin bitdiyi bu günlərdə onların var-dövləti, mülkləri, qır-qızılları da müzakirə mövzusudur. 

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni E.Gündəşin hesabında heç də təxmin edildiyi qədər böyük pullar, adına isə mal-mülk yoxdur. 

Cütlük evlilikləri müddətində Zərrabın Gündəşə aldığı lüks hədiyyələrlə gündəmə gəlmişdi. Bəzən bu xəbərlər mediada o qədər çox yer alırdı ki, E.Gündəş buna “Rza mənə Marsı da alacaq” deyə ironik reaksiya vermişdi. Amma müğənni məhkəmədə həyat yoldaşından maddi olaraq heç nə tələb etməyəcək.  Hətta o, yaşadıqları villa ilə ‘Duty Free’ adlı yarış atını da həyat yoldaşına geri qaytatıb. 

R.Zərrab Kanlıcadakı Mehmet Arif Bəy villalardan ikisini 2011-ci ildə satın almaq istəyib. Amma bank krediti məsələsində problem yaşayıb. Cütlük problemi həll etmək üçün iki villanı ayrı-ayrılıqda kredit götürərək satın alıb. Qoşa villanın sənədləri E.Gündəşin üzərinə qeydiyyatda olsa da, kredit borcunu Zərrab ödəyib. Odur ki, bu ilin 8 yanvarında evin krediti də ödənib qurtaran kimi müğənni notariusa gedərək, evi həyat yoldaşının adına keçirib. 

Bəs müğənninin özü nələrə sahibdir? 

20 ilə yaxın sənət həyatı boyunca qazandıqları ilə nələr alıb? E.Gündəş illər əvvəl İstanbulun Ulus və Acerkent bölgəsindən aldığı evlərdən birini anasına, digərini isə böyük qardaşına verib. İndi o evlərdə onun ailə üzvləri yaşayır. Evliliyi boyunca konsertlərinə, televiziya proqramlarına və reklam çəkilişlərinə fasilə verməyən müğənni 6 illik nikahı boyunca sadəcə Sapphire Rezidansdan bir ev alıb. E.Gündeşin İstanbulun Etiler-Nispetiye Caddəsində də bir evi var. 

Qatıldığı bir auksionda Nazmi Ziyanın öz evinin rəsmini çəkdiyi bir bahalı tablonu da həyat yoldaşının ona hədiyyə etdiyi deyilirdi. 1 milyon 50 min lirə dəyərində olan tablo da E.Gündəşin üzərinə qeydiyyatda deyil. 

Müğənni R.Zərrabın ad günündə hədiyyə verdiyi ‘Duty Free’ adlı yarış atını da, at yarışları haqqında məlumat sahibi olmadığı üçün 2.5 il öncə Zərraba geri qaytarıb. Bununla yanaşı, E.Gündəşin Zərraba aid özəl təyyarədən istifadə etmədiyi və yaşadığı villadan köçdüyü də yayılan xəbərlər arasındadır. 

Görünən budur ki, hazırda Türkiyə mətbuatında E.Gündəşi “ağlama kampaniyası”na start verilib. Bu xəbərlərin nə qədəri doğru, nə qədəri yanlış, bilinməz. Amma versiyalardan biri də budur ki, bu boşanma anlaşmalı boşanmadır. Məqsəd “sular durulana” qədər E.Gündəşin bu prosesdən zərər görməməsi və adının “Zərrabın sərvətini yeyən qadın” kimi hallandırılmamasıdır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar