rezonans

Xəbər xətti

17 İYUN

22:00 57 yaşlı Ucar sakini bıçaqlanaraq öldürülüb

21:54 DÇ-2018-də sensasiya - Almaniya Meksikaya uduzdu - Fotolar

21:48 Əflatun Amaşov Mariya Zaxarovadan yazdı

21:41 Qatili tapana 50 min verəcək

21:35 16 yaşlı oğlan Araz çayında boğularaq öldü

21:29 Tansu Çillərdən Ərdoğana böyük dəstək - mitinqinə gəldi + Video

21:22 Ələt-Astara yolunda qadın sürücü maşını aşırdı

21:15 “Neftçi” Premyer Liqanın bombardirini transfer edib

21:09 Tərtərdə zəhərlənən pambıqçıların vəziyyəti necədir?

21:02 Sumqayıtda usta damdan yıxılaraq ağır xəsarət alıb

20:55 Arvadını vəhşicəsinə döyərək bıçaqlayan şəxs barəsində qərar verildi

20:48 “Taliban” atəşkəs rejimini uzatmaq təklifini qəbul etməyib

20:41 Mətanət “Maşın”ın final gecəsinə çağrılmama xəbərindən danışdı

20:33 Bu il Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

20:25 Portuqaliya ilə oyun öncəsi Mərakeşdə itki

20:19 Göygölə dolu düşdü, təsərrüfatlara ziyan dəydi - Foto

20:11 Saxlanılmış AXCP fəalları azadlığa buraxıldı

20:02 Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb

19:53 Şabranda yanğın olub - 1 nəfər zəhərənib

19:46 “Maşın” yenidən başlayacaq

19:39 Rusiyada azarkeş xəstəxanalıq olub

19:32 Nazirlikdən xəbərdarlıq

19:25 DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

19:18 Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

19:10 Kolumbiyada prezident seçkilərinin ikinci turu başlayıb

19:02 DÇ-2018: Misirli qolkiperdən maraqlı addım

18:55 Milyarder sevgilisindən xəyanətə görə ayrılıb

18:47 Almaniyada hava şarı qəzaya uğradı - 6 nəfər xəsarət aldı

18:40 “Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

18:33 Paşinyanın 40 günü - “stəkanda fırtına” siyasəti bitir

18:26 Mehriban Zeynalova: “Psixoloji zorakılıq bütün ailələrdə müəyyən qədər var”

18:19 Britaniyanın daxili işlər nazirinin telefonu oğurlandı

18:12 Bakıda 10 nəfərdən çox AXCP fəalı saxlanıldı

18:05 Ticarət müharibəsinin əsas döyüşçüsü - Tramp, qalib gələ biləcəkmi?

17:58 40-dan çox miqrantın olduğu qayıq batıb

17:50 Qaçqın problemi Merkelin “başını yedi”

17:43 Şabranda təcili yardım maşını yanıb kül oldu

17:35 Kamboca şahzadəsi və onun həyat yoldaşı yol qəzasına düşüb

17:28 Bakıda velosiped 6 yaşlı uşağı vuraraq xəstəxanalıq edib

17:21 Ekzüperinin məktubundan olan şəkil 240 min avroya satılıb

17:15 Bakıda sakinlərin narazılığına səbəb olan tikinti şirkəti cəzalandırıldı

17:07 Yunanıstan və Makedoniya XİN başçıları saziş imzalayıblar

16:59 Sevgili olduqlarını artıq gizlətmirlər

16:54 Nigeriyada iki partlayış nəticəsində 31 nəfər ölüb

16:48 DÇ 2018: Kosta Rika – Serbiya - start heyətlər

16:41 ABŞ-da sərgidə atışma olub, ölən və yaralananlar var

16:34 Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

16:27 Meksikada yol qəzası zamanı 7 adam öldü

16:20 Ərdoğan bəslədi, kürəkəni görüntünü paylaşdı - Video

16:13 İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir?

16:06 Bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib

15:59 Qarabağ münaqişəsini başlayanlardan biri öldü

15:51 Məsud Özildən sevgilisinə 1 milyonluq hədiyyə

15:44 Binəli Yıldırım “Eurovision”u tənqid edib

15:37 Qlobal məsələ

15:30 İsrail yenə Qəzzanı bombaladı

15:22 Roma Papası abortları nasistlərin cinayətləri ilə eyniləşdirib

15:14 “Əvvəldən plan qurduq ki, maşını mən qazanacam” - Roza

15:07 Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb

15:00 Azərbaycanlının restoranında dava: Ərəblərlə uruqvaylılar dalaşdılar

14:55 “Qəbələ” ilk legioner transferini həyata keçirdi

14:49 Azərbaycanla Ermənistan arasında son döyüşlərin yeni təfərrüatları

14:43 Qazaxıstanda sərnişin qatarı relsdən çıxıb - Video

14:36 Azərbaycan neftinin qiyməti: 11-15 iyun həftəsinin yekunları

14:29 Türkiyə Antarktikada elmi baza yaratmaq niyyətindədir

14:22 Əfqanıstanda baş vermiş partlayışda ölənlərin sayı 36 nəfərə çatdı

14:15 Nadir Qafarzadə ilk dəfə nikahdankənar övladından danışdı

14:08 Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərlənib

14:00 Bu gün hava necə olacaq?

13:40 Göyçayda minik avtomobili motosikletçini vurub

13:31 Rusiyanın bayramını korlamalıyıq - Ukraynalı nazir

13:23 Pakistanlı mühacir 5 oğlunu Azərbaycan ordusuna göndərmək istəyir

13:18 Xankəndi üzərində Ermənistanın “qırıcı”ları uçmayıb - Rəsmi açıqlama

13:15 DÇ-2018: Kosta-Rika Serbiyaya qarşı

13:08 Hüseynin anası Rozanı məhkəməyə verir

13:01 Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

12:56 Argentinalı futbolçular azərbaycanlını “öldürəcəkdi”

12:50 Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi

12:43 “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi - Video

12:37 Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlamenti seçkiləri haqqında danışıb

12:30 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:24 Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

12:17 Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib

12:10 “Adam kimi boşana bilmədik” dedi, tənqid olundu

12:03 Şamaxıda yük və minik maşınları toqquşub – 2 nəfər ölüb, 3 yaralı var

11:58 PKK təşkilatı İŞİD əsirlərini təhvil verdi

11:52 Cibgirlər dünya çempionatına baxmağa gedən azərbaycanlını soydular

11:46 Ceyms Coysun həyatı haqqında hər şey - Faktlar

11:40 Araz çayında batan İmişli sakininin cəsədi tapılıb

11:34 DÇ-2018: Braziliya və Almaniya mübarizəyə başlayır

11:28 Cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb

11:22 Yaponiyada güclü zəlzələ olub

11:16 Moskvadakı qəzada yaralananlardan ikisi azərbaycanlıdır

11:10 İmişli sakini Araz çayında çimərkən boğulub

11:04 İŞİD-çi özünü partlatdı: 26 ölü

10:59 49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu

10:54 Şamaxıda yük avtomobili ilə minik avtomobili toqquşub

10:48 Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

10:42 Azərbaycanda yaşayan Türkiyə vətəndaşları üçün səsvermə başladı

10:36 “Şansımız vardı, ancaq mən ondan istifadə etmədim” – Messi

10:30 Paşinyan Sarkisyanın oliqarx-quldurlarına qarşı

10:24 Yevlaxda avtomobil naməlum piyadanı vurub

10:18 Ermənistan silahlı qüvvələri atəşkəsi 83 dəfə pozub

10:12 “Paşinyanın Qarabağa səfəri müharibəyə çağırışdır” - Rəsmi Bakı

10:06 Ermənistanda etiraz aksiyası keçirilir

10:00 Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İYUN

21:53 İstanbulda İŞİD əməliyyatı - 30 nəfər saxlanıldı

21:40 Moskvada sürücü avtomobili piyadaların üzərinə sürüb, 8 nəfər xəsarət alıb

21:24 Sürücülər benzinin qiymətinin artırılmasına qarşı etiraza qalxdı

21:10 Əfqanıstanda qanlı bayram: 26 ölü

20:59 Hindistanda yol qəzası: 6 ölü

20:45 “Mən məmur olmaq və dövlətə kömək etmək istəyirdim, amma məni... ”

20:33 Azərbaycan poloçuları Dünya Kubokunun finalında

20:21 Hüseyn Abbas və İlhamədən üzr istədi

20:10 Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi

19:44 İran prezidentinin maraqlı fotosu yayıldı

19:30 DÇ-2018: Argentina İslandiya yığması ilə bacarmadı

19:17 Bakıda liftdə qalan 11 nəfər xilas edilib

19:08 Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb

19:00 Gizem Karacaya daha bir bəd xəbər



ANALİZ

...

Dünyanı evindən idarə edən fəqih – Ayətullah Sistaninin portret cizgiləri

Tarix 31.10.17, 12:50

Font ölçüsü : - / +
bitmap-img6

Əziz Rzazadə


Adları ağızdan-ağıza dolaşan, hökmləri sərhəd tanımayan üləmanın həyatı sirr və müəmma yumağıdır. Ayətullah Sistani də bu sırada birincilərdən, bəlkə də elə birincidir. 

Yumağn ipucu

Sistani jurnalistlərlə həvəssiz görüşür. O da arada-bərədə.

Heç vaxt mediaya müsahibə vermir. Bir və ya iki rəsmi fotosu istisna olmaqla, şəklinin və filmə çəkilməsinə də.

Sistaninin gündəlik həyatı barədə Qərb mediası və “beyin mərkəzləri”nin araşdırmalarında bir-birindən ziddiyyətli açıqlamalar var. Müntəzəm görüşlər keçirməklə bərabər, hər səhər bir neçə aparıcı İraq və İran qəzetlərini oxuduğu söylənir; BBC-nin farsca və ərəbcə verilişlərini dinlədiyi də iddia olunur. Vaxtının bu kiçik hissəsini başqa radiolara, əsasən İran dövlət radiosuna həsr etməsi də. Amma televizora əsla baxmır.

Yaxın çevrəsindəki şəxslər İran və İraq tarixinə, xüsusilə də son iki əsrdə ruhani sistemlərinin tarixinə çox yaxşı bələd olduğunu deyirlər.

Sistani iqamətgahını heç vaxt tərk etmir. Yalnız bircə dəfə tibbi müalicə üçün Londona getmək qərarına gəldikdə, “sağ əli” olan Seyyid Cavad Şəhristani, – təhlilçi Mehdi Xələcinin iddiasına əsasən, – Britaniya səlahiyyətliləri qarşısında üç şərt qoyub: siyasi vəzifəlilərlə heç bir görüş olmayacaq; ətrafda heç bir jurnalist ayağına dolaşmayacaq; təhlükəsizlik qüvvələri ondan çox uzaqda qalmalı və ona yaxınlaşmamalıdırlar (Şəhristani hətta Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşü də rədd edib).

O, Londondakı xəstəxanada olarkən dünyanın ən böyük siyasi liderləri tezliklə şəfa tapması ismarışı göndərib. O cümlədən Ayətullah Xamnei.

Bu adamın yaşam hekayəti tam müəmmadır. Xəsis məlumatlar və adının çəkildiyi xəbərlər acgözlüklə oxunur. Sistani ilə görüşən son jurnalistlərdən biri fransız “Le Monde” nəşrindəndir. Amma üstündən təxminən 10 ay keçsə də, bu yazını rahat oxumaq mümkün deyil.

“Klik” etməyə tələsməyin. Abunəçilər – 1, qeyriləri 2 avro ödəməklə elektron səhifəni aça bilərlər.

Müəmmalı qayıdış

1992-ci ildə ustadı Seyyid Əbülqasim Xoyi canını Allaha tapşırandan sonra Nəcəfdə ev dustağı edilən Sistani elə indi də dünyaya hücrəsindən baxır. Sanki virtual ekrandır. Amma həzrət Əlinin (ə.) hərəmindən cəmi iki yüz metr aralıda, Məscide-hindi küçəsində yaşayan ali ruhaninin qapısını hər gün kimsə döyür: sadə möminlər, tələbələr, siyasi fəallar, rəsmilər… 

Xarici siyasətçilərdən mərhum Haşimi Rəfsəncani, Rəcəb Tayyip Ərdoğan, Əhməd Davutoğlu…

…Ayətullah Seyyid Əli Hüseyn əl-Sistani İranın cənub-şərq əyalətində, Məşhəd şəhəri yaxınlığında doğulub – 4 avqust 1930-cu il.

Hüseyni şəcərəsindən olan Sistaninin əcdadları XII-XVIII əsrlərdə İsfahanda yaşayıb. Məhəmməd Baqir Mir Damad – I Şah Abbas dönəminin məşhur ruhanisi bu ailəyə mənsubdur. Mir Damadın nəvəsi Seyyid Məhəmməd digər Səfəvi şahı Sultan Hüseynin (1694-1722) zamanında İranın Sistan bölgəsinə şeyxülislam təyin olduqda, ailə bu bölgəyə köç edib. “Sistani” künyəsi məhz bu andan yaranıb. Ailədən ilk dəfə Seyyid Əli Məşhədə köç edib.

Xorasanın paytaxtında dünyaya göz açan Ayətullah Sistani ruhani ailənin övladı kimi ilkin təhsildən sonra, 1949-cu ildə Qumda şiə dünyasının böyük alimləri, o cümlədən Təbatəbai Borucerdi və Məhəmməd Höccət Kuhkəmərinin dərslərindən faydalanıb.

Üç il sonra, 1951-ci ildə Nəcəfdə əsasən Ayətullah Əbülqasim Xoyi və Şeyx Hüseyn Hillinin fiqhi və şəriət dərslərinə qatılaraq hər iki alimdən ictihad dərəcəsi alıb.

1960-cı ildə Məşhədə qayıdan Sistaninin bir il sonra yenidən Nəcəfə niyə qayıtdığı müəmmadır.

Şayiələrə görə, Ayətullah Xoyi onu əvəz edəcək şəxsin təcəllisini məhz Sistanidə – gələcək kürəkənində görüb.

Sistani həqiqətən ustadının yerini tutub, amma Səddam rejiminin təzyiqi ilə üzləşdiyindən əvvəlcə Xəzra məscidində imam-cüməlik, daha sonra 1998-ci ilin ortalarından tədris fəaliyyətini də dayandırıb.

Əsas məsləhətçi

Nəcəfdə həm ev, həm də ofis olan iqamətgaha Sistanin oğlu Məhəmməd Rza Sistani rəhbərlik edir, lakin qərbli müşahidəçilər hesab edir ki, Məhəmməd Rza atasının mühüm məsləhətçisi deyil. Xüsusən siyasi məsələlərdə. Sistaninin əsas məsləhətçisi Cavad Şəhristanidir. Daha sonra Həmid əl-Həffaf (Beyrutdakı qeyri-rəsmi nümayəndəsi), Mürtəza Kəşmiri (London) və Əhməd Safi ilə Hüseyn Şəhrəsi….

Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Mehdi Xələci “The Last Marja” (“Sonuncu mərcə”) kitabında Sistaninin siyasi aurasına, xüsusilə 1992-ci ildə mərcəiyyətini elan edərkən, İranda tanınmasında kürəkəni Seyyid Cavad Şəhristanin rolunu qabardıb. Həm də şişirdilmiş şəkildə.

Xələci yazır ki, 1954-cü ildə anadan olmuş və 1975-ci ildə Sistaninin qızı ilə evlənən Şəhristani iki il sonra Quma köçüb. 1983-cü ildə o, Əhli-Beyt İnstitutu yaradıb. İnstitut ənənəvi şiə alimlərinin əlyazmalarını nəşr edir, unudulmuş əsərlərə yeni həyat verirdi. Sistaninin adı da bu müəssisə ilə birgə tanınmazlıq çərçivələrini qırıb. (Halbuki Xoyinin varisi kimi əvvəldən tanınırdı. Onun vəfatından sonra Ayətullah Seyyid Əli Beheşti və Ayətullah Şeyx Mürtəza Borucerdi Sistanini təqlid mərcəsi kimi tanıyıb, Ayətullah Səbzəvari və Ayətullah Gülpayeqani, Ayətullah Əraki və Ayətullah Ruhaninin ölümündən sonra o, ətrafına geniş müqəllid kütləsi toplaya bilib).

Fəqihlərin rəqabəti

Nəcəf hövzəsinin Qumdakı üləmadan fərqli baxışlara malik olması yeni kəşf deyil. Bu nə dünən, nə də bu gün yaranan fərqlərdir.

Xələcinin qeydlərinə əsasən, Qumun bəzi nüfuzlu din xadimləri Sistaninin özünü mərcə kimi təqdim etməyə çalışdığını anladıqda, ona qarşı hərəkətə keçiblər. “Came-ye Modarressin-e Hovze-ye İlmiye-ye Qom” Birliyinə üzv olan Abdullah Cavadi Amoli və Reza Ostadi Sistaninin ən qızğın əleyhdarları olublar. “Amma Şəhristaninin müdrik və diplomatik tədbirləri ilə bu səylər baş tutmadı. Cavad Şəhristani Xoyinin şəbəkəsini qismən istifadə etməyə çalışdı. Mərhum Xoyinin əksər nümayəndəsi Sistani nümayəndələrinə çevrildi. Hazırda Sistaninin dünyanın hər yerində 2 mindən çox təmsilçisi var”.

İranlı ruhanilərin Sistaninin təmsilçisinə bu sayaq rəftarının səbəbi bəlkə də onda gizlənir ki, (yenə də Xələcinin iddiasına görə) o, bir vaxtlar Xomeyninin varisi sayılan, sonradan ev dustağı olmuş Ayətullah Müntəzəri ilə əlaqə saxlayıb. Hətta sabiq daxili işlər naziri Abdullah Nuri həbsxanadan azad edildikdə, Şəhristani Tehrana gedərək onu ziyarət edib. Eyni zamanda, Əbdülkərim Siruş kimi ruhanilərə rəqib intellektualları uzatdığı əli də geri çevirməyib. Bununla bərabər, “Şəhristani Ayətullah Xamneinin dəftərxanası ilə çox sıx əlaqələr qurur və tez-tez Məhəmməd Məhəmmədi Gülpayeqani ilə təmas saxladığı gizlədilmirdi”.

Doğrudur, Sistaninin keçmişdə İraqda iranlı üləma ilə təmasdan yayındığı söylənir. Amma onun Ayətullah Xomeyni ilə Nəcəfdə, daha sonra Bursada (Türkiyə), sürgün dövründə tez-tez fikir mübadiləsi aparması iddiası var. Bu dostluğa baxmayaraq, Sistani bu gün İran rejiminin əsaslarından biri olan və Xomeyni tərəfindən hazırlanan "Vilayət-e fəqih" konsepsiyasını tənqid etdiyi, həmin modelə zidd olaraq, dövlətin dindən ayrı olması fikrini dəstəklədiyi söylənir.

(Sistaninin özü “Vilayəti-fəqih” nəzəriyyəsi barədə suallara cavab verməkdən çəkinir).

Onun fazil bir ruhani olması inkaredilməzdir. Nəcəfdəki üç digər ali ruhani (Seyyid Həkim, Məhəmməd İshaq Fəyyad, Bəşir Nəcəfi) hörmətini saxlayır, Sistaninin ali mövqeyinə və ya səlahiyyətinə qarşı çıxmırlar.

Bakıda – qadağa

Sistaninin iqtisadi gücündən danışarkən, sözsüz, o, şiə dünyasının ən zəngin mərcəsidir. Təxmini hesablamalarına görə, illik gəliri 500-700 milyon dollara qədər, dünya üzrə aktivləri isə 3 milyard dollardan çoxdur. Bunu sayəsində Nəcəfdə tələbələri və din xadimlərinə yüksək təqaüd və əməkhaqqı ödənir.

Mehdi Xələci yazır ki, Cavad Şəhristaninin Əhli-Beyt İnstitutunu nəhəng kitabxanaları, Şiə Əlyazmaları Mərkəzi də daxil olmaqla, saysız-hesabsız nəşrləri ehtiva edir. 360 min kvadrat metr ərazini satın aldıqdan sonra rəsədxana tikintisi, 800 mənzil və digər sosial rifah layihələri ilə (sahəsi – 100 min kv.metr) Xoyinin Madinətül-Elm və Xamneinin Qum ətrafındakı Mehdiyyə şəhərcikləri ilə rəqabət aparır.

“Quma ilk dəfə interneti gətirən də Şəhristanidir və hökumətdən bir sıra internet provayderləri yaratmaq üçün icazəsi alıb. Onun sayəsində Sistaninin dəftərxanası ilə bağlı İmam Ali İnstitutu (London) kimi dini qurum, Nyu-York, Paris, Şam, Beyrut, Lahor, Kəraçi, Moskva və dünyanın digər şəhərlərində ofis və institutları fəaliyyət göstərir”.

Bakıda da ofis açılmışdı. Bir müddətlik. Şəhristani Şamaxıya səfəri zamanaı qarət olunduqdan sonra (30 min $) da missiya davam edirdi. Lakin Azərbaycan hökuməti iraqlı üləmanın fəaliyyətinə isti yanaşmadı. Son təmsilçi, əslən türkmən Mosuli də ofisi qapadaraq Moskvaya köçdü.

Mücahid müctəhid

Ayətullah Sistani mücahid müctəhiddir. O, Səddam Hüseyn rejiminə qarşı mübarizədə bir neçə dəfə sürgün edilmə təhlükəsi ilə üzləşib, Şəhid Mirzə Əli Qərəvi və Şəhid Şeyx Mürtəza Borucerdi ilə birlikdə həbs olunub, işgəncəyə məruz qalıb. BƏƏS rejimi kəşfiyyat xidmətinin sonradan gün üzünə çıxan sənədlərinə əsasən, ötən əsrin 90-cı illərində Səddam Hüseyn Ayətullah Sistaninin həyatına sui-qəsd planlaşdırıbmış…

Sistani barədə daha nələr varsa artıq, necə deyərlər, təfərrüatdır:

2002-ci ilin sentyabrı – İraqın xarici təcavüzdən qorunmasına dair fitva…

2003-cü ilin apreli – ABŞ-ın İraqa müdaxiləsindən sonra ev dustaqlığının ləğv. Sistaninin tərəfsiz olmağa dair ikinci fitvası…

2004-cü ilin iyunu –Sistani İraqın yeni hökumətini dəstəkləyir…

2004-cü ilin avqustu – Müqtəda Sədrin milisləri Nəcəfdə amerikalı əsgərlərlə döyüşərkən, Sistani müalicə üçün Londona gedir. Daha sonra İraqa qayıdır və atəşkəsə dair danışıqlara başlayır və Sədr onun tələbi ilə razılaşır…

2005-ci ilin fevralı – İraqda keçirilən seçkilərdə “Sistani” Alyansı 4 milyondan çox səs toplayır…

2008-ci ilin dekabrı – Sistani ABŞ qoşunlarının İraqdan çıxmasına dair müqaviləni dəstəkləyir…

2009-cu ilin yanvarı – Əyalət seçkilərində fəal iştiraka səsləyən Sistani namizədlərə tam bitərəflik mövqeyi tutur…

2011-ci ilin martı – İraq rəsmilərindən narazılığını ifadə etmək üçün Sistani onlarla görüşdən imtina edir…

2013-cü ilin martı – Sistani iraqlıların, xüsusilə sünni əhalinin öldürülməsini yasaqlayan fitva verir…

2014-cü ilin iyunu – İŞİD-lə mübarizəyə dair fitva verir…

2017-ci ilin oktyabrı – Sistani kürd əhalinin qorunması barədə fitva verir…

P.S. Əlavə məlumatların əldə edilməsində köməyinə görə Kənan Rövşənoğluna minnətdarlıq!

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

İsrail yenə Qəzzanı bombaladı

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Azəravtoyol sahibkarlara müharibə ean edib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru