Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qulluğuna müsabiqənin müsahibə mərhələsi başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələrin keçirilməsinə başlanılır


Mərkəzdən verilən məlumata görə, 11 yanvar 2018-ci ildə elan edilmiş müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub.

Yekun məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1692 müraciət qeydə alınıb. Lakin unikal ərizəçi sayı 596 nəfərdir. Qaydalara əsasən sertifikatı olan şəxs vakant yerin vəzifə təlimatında nəzərdə tutulmuş tələbləri ödəyirsə, istənilən sayda vəzifənin müsahibəsində iştirak üçün müraciət edə bilər. 11 yanvar tarixində elan edilmiş vakant vəzifələrin müsahibələrində 2 nəfər 20 yerdən artıq, 30 nəfər 10 yerdən artıq, 79 nəfər 5 yerdən artıq, 18 nəfər 5 yer, 32 nəfər 4 yer, 94 nəfər 2 yer, 373 nəfər isə 1 vakant yerin müsahibəsində iştirak etmək üçün qeydiyyatdan keçib. Ona görə də DİM tərəfindən 596 nəfər üçün, ümumilikdə 1692 müsahibə təşkil olunacaq. Müsahibələr 21 fevral - 16 mart tarixlərində keçiriləcəkdir. Müsahibələrin keçirilmə qrafiki ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, bu müsahibə elanında 77 dövlət orqanından 31-də (40.26%) vakant olan vəzifələr üzrə heç bir namizəd qeydiyyatdan keçməyib. Elan olunmuş müsahibələrdə müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək. Artıq sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər bu müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə biləcəklər. Namizədlərin nəzərinə çatdırırıq ki, DİM-in internet portalında müsahibə elanında dövlət orqanları və orada olan vakant vəzifələrlə tanış olmaq mümkündür. Səhiyyə, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərində, Əmlak Məsələləri, Dini Qurumlarla İş, Statistika, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitələrində, rayon-şəhər məhkəmələrində, eləcə də digər qurumlarda xeyli sayda vakansiyalar mövcuddur. Həmin vakansiyalarla buradan tanış ola bilərsiniz.

26 yanvar, 7 və 8 fevral tarixlərində elan olunmuş müsahibələrə isə qeydiyyat davam edir. 26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar