Xəbər xətti

22 MAY

19:27 İsrail beynəlxalq məhkəməyə veriləcək

19:23 DİM: Abituriyentlərdən 648 nəfəri imtahanda iştirak etməyib

19:18 Ərdoğan Fələstin liderinə zəng etdi

19:14 İran prezidenti İlham Əliyevi təbrik etdi

19:11 Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu

19:06 Qabonun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

19:03 DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

18:59 Bakıda əl qumbarası tapılıb

18:55 İlham Əliyev sərəncam imzaladı

18:50 Goranboya 2 milyon manat ayrıldı

18:45 Böyük Britaniya Kraliçasından İlham Əliyevə təbrik

18:41 İlham Əliyevdən əmisi ilə bağlı sərəncam

18:37 Neft bahalaşır

18:33 Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə təbrik

18:29 ABŞ-Şimali Koreya danışıqları pozula bilər

18:25 Bakıdakı partlayışa görə vəzifəli qardaşlar həb edildi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:21 Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

18:17 Çavuşoğlu: “İsrail etdiklərinə görə hesab verəcək”

18:12 Sabah bu ərazilərdə qaz olmayacaq

18:08 ““Şimal axını-2” layihəsi dayandırılmalıdır”

18:04 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

18:00 Pakistanda şiddətli istilər - 65 ölü

17:56 “Dəniz Səki başqası ilə eşq yaşayırdı” – Keçmiş nişanlısı

17:52 İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

17:48 Şəhriyar Məmmədyarov Norveçdə superturnirdə iştirak edəcək

17:43 Rəngli sular zob yaradır

17:38 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:33 Putin Venesuela prezidentinə yardım əli uzatdı

17:28 Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

17:23 Jirinovskidən ilginc təklif

17:16 Avropaya qaçmış Xalid ibn Fərhan əmilərini çevrilişə niyə təhrik edir?

17:11 “Azərbaycan hekayələri” kitabı Londonda

17:06 Dağıstanda bəzi şəhər və kəndlər su altında qalıb

17:01 MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

16:56 “Vicdan haqqı” finala hazırlaşır

16:51 “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

16:47 Ciddədə təyyarə sərt eniş etdi - Yaralılar var

16:41 İran-ABŞ qarşıdurması: Regionda daha bir Suriyanın yaranma ehtimalı var?

16:36 DİM I və IV qruplar üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb

16:30 ETSN Daşkəsəndə reyd keçirib

16:25 Serbiya Prezidentinin Azərbaycana səfəri başa çatıb

16:20 “Bakcell” karyera sərgisinə qatılıb

16:15 “Azərbaycanda son 5 ildə əllilərin sayı 100 000 nəfər artıb”

16:10 Beyləqanda ağır qəza - hərbi qulluqçu həlak oldu

16:03 “Putinin adamları” İtalyada hökumət formalaşdırır

15:56 “Vergilər Nazirliyi indi adam balası kimi işləyir...” - Cavid Qurbanov

15:51 “Bu sektorun imici o qədər korlanıb ki...”

15:46 Navalnını dəstəkləyən Yekatrinburq meri istefa verdi

15:40 Marinski teatrında kütləvi zəhərlənmə

15:33 “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə bağlı heç bir razılaşma yoxdur”

15:28 Azərbaycan-Serbiya işgüzar görüşü keçirildi

15:23 Qoy sertifikasiya olsun, təki bu məsələyə bir son qoyulsun...

15:16 Gürcüstanın Azərbaycana qarşı xəyanəti...

15:11 Qrizmann qərar verməkdə çətinlik çəkir

15:06 “Ermənistanla danışıq aparması Azərbaycanın ən böyük güzəştidir”

15:01 “Mətanət İsgəndərli oxumasa yaxşıdır”

14:55 Fələstin İsraili beynəlxalq məhkəməyə verib

14:50 Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub

14:45 ABŞ Kim-ə bu xəbərdarlığı etdi: “Səni də Qəzzafinin gününə salarıq”

14:40 Paşinyan və Sarkisyan Gürcüstana gedir

14:35 DİM vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elan edib

14:30 Boru xətti tankın lüləsinə çevriləndə...

14:25 Rusiyada əks-sanksiyalar haqqında qanun qəbul edildi

13:58 Traktor aşdı: ağır yaralılar var

13:54 Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

13:49 Azərbaycan beynəlxalq ədəbiyyat festivalında – İlk dəfə

13:44 Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib

13:39 Ərli qadınların yubkasında əxlaq axtaran Manaf Ağayev

13:34 Maştağa sakini özünü asdı

13:29 Gizem Karaca məhkəmənin qərarına etiraz edib

13:24 “Dərman mafiyası işi”: Gömrük hospitalının iranlı həkimi həbs olundu

13:20 Dövlət qulluğuna qəbul üçün müsahibə elan edildi

13:16 Qəbul imtahanında ilk: DİM cavabın səhv olduğunu açıqladı

13:12 Şəhid əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olunub

13:04 “İclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm”

12:59 XİN-də geniş tərkibli iclas keçirilib

12:54 Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı

12:49 “Ödənişlərin az olması vergi siyasətinin sərtləşdirilməsini tələb edir”

12:44 Sabah hava necə olacaq?

12:40 Məşhur müğənni xəstəxanaya yerləşdirildi

12:35 Azərbaycan: İran, ABŞ və İsrail arasında

12:30 “Arsenal”ın yeni baş məşqçisinin adı məlum oldu

12:26 “Azərbaycanla konstruktiv əməkdaşlıq üçün kifayət qədər resursumuz var”

12:22 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:17 “İqtisadi islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib”

12:13 AXC-nin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

12:08 Özünü lallığa vurub casusluq edən azərbaycanlı

12:04 Monqolustanın baş naziri Rusiya səfərindən imtina etdi

11:59 Ərə getməyə hazırlaşan aktrisa son qərarını verdi

11:55 Trampın “tvit”lərində davamlı səhvlərin sirri açıldı

11:50 Ekspert: “Yeni nazir quzunu qucağında tutmaqla ilk addım atıb?”

11:46 Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

11:41 Ağcabədidə nəvə babasının evindən oğurluq edib

11:36 Abramoviçdən gəlirlərinin qanuni olmasının sübutu tələb olundu

11:31 Büdcənin icrası barədə illik hesabat Milli Məclisdə müzakirə ediləcək

11:27 Rusiya avtomobillərinin istehsalı dayandırılır

11:23 Beren Saat və Kənan Doğulu ayrılıb?

11:18 Naxçıvan əhalisinin sayı açıqlanıb

11:14 İki qırmızı vərəqə alan yeganə oyunçu

11:09 Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”

11:05 Qəzalı binalar sökülən zaman toz normadan artıq olub - Nazirlik

11:01 Əfqanıstanda terrorçularla qarşıdurmada 20 polis əməkdaşı həlak olub

10:57 Təranə Qumral məhkəməyə çıxarılacaq

10:53 Bakıdakı dəhşətli partlayışa görə vəzifəli şəxs həbs edildi

10:49 London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı

10:45 İraqda uduzan ABŞ Türkiyənin önünü kəsmək istəyir

10:41 Zukerberqin Avropa Parlamentində çıxışı canlı yayımlanacaq

10:37 Bakıda ana və qızının dəhşətli - Təfərrüat

10:33 Bakı Avstriya idmançısına 500 min avro kompensasiya ödədi

10:29 57 yaşlı aktyor evlənir

10:25 Dövlət qulluqçuları nə qədər maaş alır?

10:21 İkardini Messiyə görə milliyə çağırılmadı

10:17 MİDA yenidən təşkil edəcəyi satışda itirdiyi etibarı geri qaytara biləcək?

10:13 İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15-ə çatdı

10:08 Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub

10:04 BDU-nun 100 illiyi keçiriləcək

10:00 İraqda 2 türk əsgəri şəhid oldu

9:55 Qızıl ucuzlaşdı

9:51 Avro manata nisbətən nə qədər ucuzlaşacaq?



SİYASƏT

...

Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdılar

Tarix 15.05.18, 19:45

Font ölçüsü : - / +
bitmap-img6



Ermənistanda hakimiyyətə “küçədən gələn” baş nazir Nikol Paşinyanın bu kresloya əyləşər-əyləşməz Azərbaycanın işğal altındakı ərazilərinə gələrək burada çoxsaylı yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında dedikləri səngərin o tayında şiddətli didişmə başladıb


Virtualaz.org xəbər verir ki, bunun səbəbi Nikol Paşinyanın baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyini, Dağlıq Qarabağı isə onun “öz hakimiyyətinin təmsil etməli olduğunu” deməsidir. 

Paşinyan bunu Dağlıq Qarabağın tərəf kimi danışıqlar masasına qayıtmasının vacibliyi haqda danışarkən deyib. Və dərhal etirazlara səbəb olub.

Əvvəlcə Ermənistanın müdafiə naziri postundan təzəcə ayrılmış Vigen Sərkisyan Paşinyanı Qarabağ məsələsində diplomatik səhvə və səriştəsizliyə yol verməkdə qınayıb. Bildirib ki, Paşinyan Ermənistanı danışıqlarda tərəf kimi təqdim etməklə “böyük səhvə” yol verib. Çünki Azərbaycan neçə vaxtdır Ermənistanın münaqişədə tərəf olduğunu sübuta yetirməyə çalışırdı, amma buna nail olmurdu. 

Sərkisyan məsələni belə təqdim edib ki, guya indiyə qədər Ermənistan danışıqlarda münaqişə tərəfi kimi yox, Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı və partnyoru kimi iştirak edirmiş.

Habelə Vigen Sərkisyana görə Paşinyanın baş nazir kimi danışıqlarda ancaq Ermənistanı təmsil edəcəyini deməsi həm də ona görə anlaşılan deyil ki, buradan çıxa biləcək məntiqi nəticəyə görə Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəmə malik olacaq. Hansı ki, indiyədək belə olmayıb.

Sərkisyanın ardınca keçmiş prezident Levon Ter-Petrosyan məsələyə münasibət bildirib. O, Paşinyana haqq qazandırıb və əksinə, keçmiş müdafiə nazirinin özünü Qarabağ məsələsində səriştəsizlikdə günahlandırıb.  Ter-Petrosyan iddia edib ki, vaxtilə onun hakimiyyətinin “parlaq diplomatik uğurları” nəticəsində BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamənin heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilməyib, Azərbaycan ərazilərinin “yerli erməni qüvvələri tərəfindən işğal edildiyi” qətnamələrdə əksini tapıb.

Bu dəfə Vigen Sərkisyan Ter-Petrosyanı hədəf alıb. Bildirib ki, onun Qarabağ məsələsində mövqeyi (münaqişənin mərhələli həll planına razılıq verməsi ) erməni xalqına məlumdur, eləcə də erməni xalqının bu mövqeyə münasibəti bəllidir. Hansı ki, Ter-Petrosyan həmin mövqeyinə görə istefa verməli olmuşdu.

Daha sonra didişməyə digər keçmiş prezident Robert Köçəryan qoşulub. Köçəryanın ofisi yaydığı bəyanatda bildirib ki, 90-cı illərin sonlarına doğru Dağlıq Qarabağın danışıqlarda iştirakını dayandıran və Ermənistanın onun əvəzindən danışıqlar aparmasını razılaşdıran elə Ter-Petrosyan özü idi. Hansı ki, indi o Dağlıq Qarabağın danışıqlara qaytarılması haqda danışır və bunun baş verməməsini keçmiş hakimiyyətlərin səhvi adlandırır. Köçəryanın ofisi Ter-Petrosyanı “həyasızlıqda” da günahlandırıb.

Ter-Petrosyan Köçəryana cavab verməyib, amma polemikaya bu dəfə Minsk Qrupunun keçmiş rusiyalı həmsədri, erməniyönümlü mövqeyini çoxdan sübut etmiş Vladimir Kazimirov qoşulub. Kazimirov Paşinyana və Ter-Petrosyana birlikdə haqq qazandırıb. Erməni KİV-lərinə açıqlamasında deyib ki, Ermənistanın münaqişədə tərəf olması çoxdan, lap elə münaqişə təzə-təzə qızışmağa başlayandan bəllidir. Ona görə də bunu ört-basdır etməyə ehtiyac yoxdur. Amma diqqəti Ermənistanın danışıqlarda tərəf olmadığına yox, Dağlıq Qarabağın danışıqlar masasına qayıtmağa yönəltmək yaxşı olardı.

Nəhayət məsələ Paşinyanın təzəcə formalaşdırdığı koalisiyada etiraza səbəb olub. Paşinyanın kabinetində təmsil olunan daşnakların nümayəndəsi, “Daşnaksütun” İnqilabi Federasiyasının Ali orqanının üzvü, hərbi ekspert Artur Yegizaryan deyib ki, onlar Ermənistanın Qarabağ münaqişəsində tərəf olduğu barədə Nikol Paşinyanın dedikləri ilə razı deyillər. Amma onun Qarabağın danışıqlar masasına qayıtması barədə dediklərini dəstəkləyirlər.

Yegizaryanın sözlərinə görə, əslində 2016-cı ilin aprel müharibəsindən bu yana danışıqlar yoxdur. Tərəflər arasında gərginlik artıb və situasiya çox dəyişib. “Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın”-Yegizaryan bildirib.

Bakıda isə belə görünür ki, Nikol Paşinyanın “səhvini” ciddiyə almayıblar və ümumiyyətlə Ermənistanın yeni baş nazirinin hələ küçə etirazlarının doğurduğu eyforiyanın təsiri altında olduğunu nəzərə alırlar. Bu səbəbdən XİN Paşinyanın Qarabağdakı çıxışlarına mətbuat katibi səviyyəsində ötəri reaksiya verib və onun hökumətinin əvvəlki hakimiyyətlərin yolu ilə gedib-getməyəcəyini görmək üçün gözləməyə üstünlük verir.

Münaqişədə neçə tərəfin olduğu, Ermənistanın ayrıca tərəf olub-olmadığı mövzusu bu ölkədə ilk dəfə deyil polemikalara, ziddiyətlərə səbəb olur. Ermənistanda hakimiyyəti ələ keçirən Qarabağ klanı qondarma “DQR”in iştirakı olmadan danışıqlar aparmağı razılaşdırıb. Amma sonra bu məsələyə görə müxalifətlə hakimiyyət arasında mübahisələr yaranıb. Formal olaraq İrəvanın ideologiyası dünyaya bunu sübut etməyə yönəlib ki, guya Ermənistan münaqişədə tərəf deyil. Lakin 25-27 il bundan qabaq münaqişənin necə alovlandığı və Azərbaycan ərazilərini Dağlıq Qarabağdakı erməni yaraqlıları ilə birlikdə işğal edənin də Ermənistan ordusu olduğunu sübut etmək üçün hansısa diplomatik məharətə ehtiyac yoxdur. Bu açıq-aydın, hər yerdən görünən fakdır, onu inkar etmək isə ancaq dünya erməniliyinin mahiyyətindən –bütün ideologiyasını yalan, uydurma üzərində qurmuş zümrənin xislətindən irəli gəlir.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


SİYASƏT

design-img

Vernisaj

MN zabitlərin yol qəzasında ölməsi barədə məlumatlara aydınlıq gətirib

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Bakının abadlığı adı altında büdcə talanı! – “Bakı Abadlıq Xidməti” MMC milyonlarla dolları göyə sovurur

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru