Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Abdullayev: “Bizi öz ölkəmizdə təhqir edirlər”

Bakı Şəhər İcra Hakimiyyəti və Yazıçılar Birliyi arasında "26" adlı kafe ətrafında münaqişə davam edir. Yazıçılar İttifaqının katibi Çingiz Abdullayev Feysbuk sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə Bakının icra başçısı Hacıbala Abutalıbova müraciət edib


Düzdür, yazıçı sonra bu postu silib, ancaq virtualaz.org-un redaksiyasında onun skrinşotu-ekran görüntüsü var.

"Əziz dostlar! Budur, hər şey aydınlaşdı! Bütün hər şeyi Hacıbala müəllim özü aydınlaşdırdı. Demə, o bu kafeyə ona görə şəxsən gəlib ki, ora tam ədəbsizlik yuvası imiş. O izah edib ki, bu binada Səməd Vurğun, Rəsul Rza, Hüseyn Cavid, Mikail Muşviq, Suleyman Rüstəm və başqaları kimi titanlar işləyiblər. Buna görə, Yazıçılar Birliyinə hörmət edərək, o burada belə obyektin işləməsinə normal yanaşa bilməyib. Üstəlik, girişdə də "Qadınlara qəlyanı pulsuz verirlər" yazılıbmış. İyrənclikdir! Və o belə "vertep"i şəxsən qapamağa qərar verib. Amma bir çey anlaşılmazdır. Əgər bu "vertep"dirsə, onda "iyirmi altı" rəqəminə hansı hörmət? Və əgər bu daşnakların təbliğatıdırsa, onda niyə "vertepe”də?", - deyə Çingiz Abdullayev yazıb.

Yazıçı merə yalnız bu kafenin sahiblərini yox, həm də həyatında nə vaxtsa ora baş çəkənlərin hamısını cəzalandırmağı təklif edib.

"Amma bütün hallarda açıqlamalarına görə təşəkkür! Və mənim tanışlarımla söhbətdə, Hacıbala müəllim hiddətlənib ki, o mebelləri şəxsən qırmayıb. Bunun üçün öz üzrxahlığımı bildirirəm. O həqiqətən də şəxsən heç nə qırmayıb! Anar müəllim qeyd etdi ki, biz hamımız merimizə hörmət edirik! Və bizə kömək etməyə qərar verdiyi üçün ona təşəkkür edirik! Amma sadəcə öz əməkdaşını göndərmək və bu şit əxlaqsızlıq mənbəyini bağlamaq olmazdı? Və ya hörmət əlaməti olaraq bizdən kiməsə zəng vurmaq? Mənim təklifim var! Əlbəttə, kafeni bağlamaq lazımdır. Ancaq ora ilə əlaqəsi olanların hamısını - sahiblərini, əməkdaşlarını və hətta müştərilərini də ömürlük cəzalandırmaq lazımdır. Belə daha düzgün olacaq!", - deyə yazıçı qeyd edib.

Sonda Çingiz Abdullayev Hacıbala Abutalıbovu hamının qarşısında, həmin obyekti icarəyə verənləri "daşnakların himayəçisi" adlandırdığına görə, üzr istəməyə çağırıb.

"Yazıçılar Birliyi atası və qardaşı şəhid olan maliyyə direktoru ilə müqavilə bağlayıb! Düşünürəm, hamı başa düşər ki, belə bir insan daşnakların himayəçisi ola bilməz! Və ya kafeni, öldürülmüş komissarların şərəfinə adlandırmaq. Bütün bu baş verənlər məni şəxsən çox məyus edir! Ondan çox pis qoxu gəlir! Və bir xahiş. Mən güman edirəm ki, bizim hörmətli merimiz də, həmçinin üzr istəməlidir! İcarədarları "daşnakların himayəçiləri” adlandırmaq, öz xalqını təhqir etməkdir! Hazırda ölkədə yaşayan yeddi xalq yazıçısı və şairinin dördü Birliyin rəhbərliyindədir. Bu insanlar öz həyatları və yaradıcılıqları ilə sübut ediblər ki, onlar öz ölkələrində belə təhqirlərə məruz qalmamaq hüququ qazanıblar”, - mesajda qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar