Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bruklində Beynəlxalq Dostluq günü keçirildi - Fotolar

Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələri olan Amerika Birləşmiş Ştatları Nyu-York şəhərinin Bruklin inzibati rayonunda 4-cü Beynəlxalq Dostluq günü keçirilib


Bayram mərasimində dünyanın müxtəlif ölkələrindən Nyu-York şəhərinə köçmüş yüzlərlə insanlar iştirak ediblər. 

Qeyd olunmuşdur ki, bu bayram Nyu-York şəhərinin müxtəlif etnik icmaları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu gün Bruklində dünyanın müxtəlif ölkələrində anadan olmuş milyona yaxın insan yaşayır.

Səhər saatlarından ilk olaraq Beynəlxalq Dostluq gününə həsr olunmuş Birlik yürüşü başlandı. Yürüş iştirakçıları 195 ölkənin dövlət bayraqlarını böyük qürur hissi ilə apardılar. Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan diasporunun təmsil edən 3 təşkilat – Marietta Rozertalın rəhbərlik etdiyi Bakı-Bruklin Dostluq Assosiasiyası (Brooklyn Baku Friendship Association), Oleq Mövsümovun rəhbəri oluduğu AZZEM Beynəlxalq Fondu Nyu Yorkdakı Azərbaycan təşkilatı və rəhbəri Alyona Bədəlova olan «Mənim Yolum» (My Way Development Centrer) uşaq və gənclərin Bədii İnkişaf Mərkəzinin nümayəndələri bu yürüşdə fəal iştirak etmişlər. Azərbaycan Respulikasının Dövlət bayrağını Orxan Ağayev aparmışdır.

Bruklin sakinləri və rayonun qonaqları rəngarəng folklyor festivalının şahidi olaraq müxtəlif xalqlara məxsus milli geyimlərlə tanış oldular. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən Bakıdan göndərilmiş ölkəmizin mədəniyyəti, ənənələri, milli mətbəx nümunələri, folklyoru, musiqisi, rəqsləri, idman uğurları və turizm obyektləri barədə məlumat və maraqlı materiallar Amerikalı tamaşaçılara təqdim olunmuşdur.

Qeyd olunmuşdur ki, artıq 3 ilə yaxındır ki, Nyu-Yorkun Bruklin inzibati rayonu ilə Bakı şəhərinin Səbail rayonu arasında dostluq və əməkdaşlıq əlaqələri yaradılmışdır. Hər iki rayonun nümayəndə heyətləri həm ABŞ-da, həm də Azərbaycanda görüşlər keçirib, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə tədbirlər təşkil olunur. Bu kimi bayramların keçirilməsi isə dost ölkə və xalqlar arasında əlaqələrin genişlənməsi, bir birini yaxından tanımalarına şərait yaradır. Boro-holl yaxınlığında Bruklin Admanistrasiyasının rəhbəri – Prezidenti cənab Erik Adams, vitse-prezident xanım Diana Reyna və Prezident ofisinin baş məsləhətçisi İnqrid Lyuis-Martin iştirakçılar və qonaqlar qarşısında çıxış etmişlər.

Çıxışlardan sonra qonaqlar və tədbir iştirakçıları müxtəlif ölkələrin milli mətbəx nümunələri ilə tanış olmuşlar. Dostluq günü bayramı Bruklində yaşayan xalqların mədəniyyətlərinin müxtəlifliyini nümayiş etdirərək müxtəlif icmalar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə köməklik göstərdi.

pia.az



Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar