Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram Səfərov Ermənistan rəhbərlərinə səsləndi



“Azərbaycanlı girovları qətldə ittiham etmək və qondarma “məhkəmə”də bir-birinə qarşı qoymaq cəhdləri Ermənistan işğalçılarının növbəti provokasiyasıdır və buna dərhal son verilməlidir”


Bunu APA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bu gün Xankəndində keçirilən “məhkəmə”də Dilqəm Əsgərov və Şahbaz Quliyevin “bir-birini ittiham etməsi” barədə məlumatların Ermənistan tərəfinin təxribatı olduğunu bildirib: “Bu adamlar öz torpaqlarına, öz əzizlərinin məzarlarına baş çəkməyə gediblər. Bunu hamı birmənalı şəkildə qəbul etməlidir. Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərə kimisə qətlə yetirmək üçün getməyiblər. Onları girov saxlamaq, təzyiq altında hansısa ifadələrə vadar etmək qanunsuzdur və təxribatdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev tez bir zamanda azad olunmalıdır”.

Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyəti barədə sualı icma rəhbəri belə cavablandırıb: “Mən başqalarını bilmirəm, Azərbaycan rəhbərliyinin bu işlə ciddi məşğul olduğuna inanıram. Ermənistan rəhbərliyinə isə səslənirəm ki, günahsız insanların üzərindən şou yaratmağa son versinlər. Məqsədləri sülhdürsə, bunu başqa cür göstərsinlər”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar