Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş ağrıları - Etinasızlıq ölümə səbəb ola bilər


"Baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı - meningit haqqında düşünməyə əsas verir"


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb elmləri doktoru, professor Şərif Mahalov bu gün hər kəsi narahat edən baş ağrılarından danışıb.

- Professor, hər birimizi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?

- Baş ağrısı həkimlik təcrübəsində ən çox rast gəlinən şikayətlərdəndir. Bu hal təkcə başda deyil, bütün orqanizmdə narahatlıq hissi ilə müşayiət olunur. Baş ağrılarını 2 əsas kateqoriyaya  bölmək olar: birincili və ikincili.

Birincili baş ağrılarına miqren, gərginlik baş ağrıları, klaster baş ağrıları, struktur dəyişiklik ilə əlaqəsi olmayan müxtəlif tip baş ağrıları aiddir. Simptomatik baş ağrılarına isə başın travması, damar patologiyası, kəllədaxili qeyri-damar patologiyası, müəyyən maddələrin qəbulu və ya onlardan imtina, infeksiya, metabolik pozğunluqlar, kəllə, boyun, göz, burun, burun ətrafı ciblər, diş, ağız və digər kəllə və üz strukturlarının patologiyası ilə əlaqədar olan baş ağrıları aid edilir.

Baş ağrılarının müxtəlif səbəbləri var. Bunlar arterial təzyiqin dəyişməsi, baş beynin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, gün və istivurma, orqanizmin intoksikasiyası və s. Baş ağrıları qədər müxtəlifliyi olan başqa əlamət yoxdur.

Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər.

İkitərəfli göynədici baş ağrıları bir sıra hallarda arterial hipotoniyanı müşayiət edir. Bu tip baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir.

- Psixogen baş ağrıları necə yaranır?

- Bu növ baş ağrıları da son vaxtlar çox geniş yayılıb. Bu ad altında psixi və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiyada meydana gələn baş ağrıları birləşdirilir. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. O, göynədici, sıxıcı, ənsə, alın və ya gicgah nahiyələrində məhdudlaşa, həmçinin bütün başı əhatə edə bilər.

Baş ağrısı miqrenin əsas, hətta yeganə təzahürüdür. Miqrenin bir sıra formaları var. Bu zaman ağrı üzdə meydana gələ, qəfləti, qısamüddətli və intensiv ("ildırım sürətli") ola bilər. Bəzən ağrılar biri digərini əvəz edərək bir neçə gün davam edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.

Xorton və ya histamin baş ağrıları periodik olaraq qısa tutmalarla, yəni təxminən 15 dəqiqədən 2 saatadək təzahür edir. Adətən, belə baş ağrıları ya gecə vaxtı, ya da səhər meydana gəlir. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən meydana gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrılarına əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir.

Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı - meningit haqqında düşünməyə əsas verir.  Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.

-Son zamanlar insanlar qəflətən başlayan kəskin baş ağrılarından əziyyət çəkirlər. Bunun səbəbləri nədir?

- Qəfləti başlayan kəskin huşun itməsi və bədənin müəyyən nahiyəsində hissiyyatın itməsi ilə müşayiət olunan baş ağrıları baş beyinə qansızma zamanı meydana gəlir. Adətən bu hal arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə də belə hallarda təcili tibbi yardımı vaxtında çağırmaq lazımdır.

Əgər baş ağrısı qəflətən meydana gəlirsə və tez zamanda müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş-beyin şişlərinin ilkin əlaməti də ola bilər.

Adətən, baş ağrısı kəllə nahiyəsindən kənara çıxmır. Məsələn, boyun nahiyəsinin osteoxondrozu, spondiloartriti, radikulit çox vaxt baş ağrıları ilə müşahidə olunur. Alın və gicgah nahiyəsində olan ağrılar burun ətrafı ciblərdə olan iltihab - haymorit və ya frontit zamanı ola bilər. Baş ağrısı və üzdə olan keyimə adətən üçlü sinirin nevralgiyası və üz sinirinin neyropatiyası zamanı olur.

Baş ağrılarının digər forması toksiki baş ağrısıdır. Bu hal bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yarana bilər.

Axıcı baş ağrıları tam sağlam insanlarda qapalı məkanlarda beyinə oksigen çatışmazlığı nəticəsində meydana gələ bilər. Bu hal dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlərin təsiri zamanı baş verə bilər. Güclü baş ağrıları gün və istivurma zamanı da yaranır.

Gördüyünüz kimi, baş ağrılarının bir çox səbəbləri var. Bu təəccüblü deyil. Çünki ağrı orqanizmin təhlükə anında verdiyi siqnaldır. Belə siqnallar da ağrının baş beyni və onun ətrafındakı toxumalarla əlaqəli şəkildə yayılması daha ciddi əlamət kimi sayılmalıdır.

- Bəs baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin hansı təhlükəsi var?

- Belə vəziyyətdə çox miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər.

Bundan başqa, analgetiklərin uzun müddətli qəbulu baş beynin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və dərmanlar tərəfindən törənən yeni azbus baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. Baş ağrılarının profilaktikası məqsədi ilə beyin damarlarını yüngül fiziki yüklə məşq elətdirmək, təmiz havada olmaq, dərmanlardan hədsiz dərəcədə istifadə etməmək lazımdır. Əgər baş ağrısı davamlı olarsa, öz-özünü müalicə etməklə məşğul olmaq əvəzinə, təxirə salmadan nevroloq-həkimə müraciət etmək məsləhətdir.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Makron Avropa üçün ölüm riskləri barədə xəbərdarlıq edib...

Ən çox oxunanalar