Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda marşrut avtobusu yandı


Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub


Lent.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirki, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC  tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla xüsusən də avtobuslarının texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-yə xəbərdarlıqlar edib. Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və  gün ərzində 141 Çağrı Mərkəzinə “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib.

Qeyd edək ki, BNA-nın avtobusların yenilənməsi ilə bağlı tələbinə əsasən son bir ildə müxtəlif daşıyıcılar tərəfindən 800 ədəddən artıq avtobus təmir edilərək xəttə buraxılıb.Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub. Lent.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verirki, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar