Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı sentyabrın 15-dən işləyəcək


Bakıdan Sumqayıta 8 elektrik qatarı işləyəcək


Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının marşrutu məlum olub.
 
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək.
 
Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrut ilə hərəkət edəcək. N. Əzməmmədov qeyd edib ki, artıq Sumqayıt sərnişin stansiyasında köhnə inzibati bina sökülüb, bu günlərdə yeni, ikimərtəbəli, müasir standartlara cavab verən inzibati binanın tikintisi başlayacaq. Eyni zamanda artıq Sumqayıt sərnişin stansiyasında yeni platforma, sərnişinlərin təhlükəsiz hərəkəti üçün tunel sentyabrın 15-dən istifadədə olacaq.
 
Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.
 
Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də  Sumqayıtdan  30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib.
 
N. Əzməmmədov onu da bildirib ki, növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
 
Bakı-Xırdalan-Sumqayıt elektrik qatarlarına biletləri  sərnişinlər həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Ən çox oxunanalar